Qarabağdakı ölülərimiz... -Rəsulzadənin jurnalistə mükəmməl cavabı

Dünən İstanbul Universitetində azərbaycanlı tələbələrin təşkil etdikləri maraqlı tədbir oldu. Həmrəylik gününə həsr olunmuş tədbirin qonaqlarından biri uzun illərdir Azərbaycan Cümhuriyyəti və onun qurucusu Məhəmmədəmin Rəsulzadə haqqında tədqiqat aparan, kitablar yazan Səbahəddin Şimşir idi.

Şimşir çıxışında M.Rəsulzadənin Osmanlı mətbuatına verdiyi müsahibəsində Qarabağla bağlı məsələyə toxunmasından bəhs etdi. Bilirik ki, SSRİ-nin dağılmasında olduğu kimi, ermənilər Çar Rusiyasının süqutu dönəmində də Qarabağa iddia ediblər, bu iddialarını həyata keçirmək üçün o zaman da qətliama əl atıblar. Türk jurnalist də Rəsulzadədən bu məsələni soruşub.

Jurnalist Rəsulzadəyə bu mövzuda sual ünvanlayıb: "Ermənilər Qarabağa iddia edirlər, bununla bağlı nə deyə bilərsiniz?”

Rəsulzadənin cavabı bu səpkidə olub: "Əgər bu gün Qarabağın kimə məxsus olmasını bilmək istəyirsinizsə, son 20-30 ildə orada kimlərin sayının çox olduğuna deyil, kimlərin ölüsünün çox olduğuna baxmaq lazımdır”.

Yəni Qarabağda kimlərin məzarının çox olmasına...

Necə də mükəmməl cavabdır. Bu cavab o deməkdir ki, bu gün orada ermənilər çoxluq təşkil edirlərsə, amma məzarları türk məzarlarından azdırsa, demək ki, oraya erməni köçü olub və yerli əhali qətlə yetirilib.

Ardınca Rəsulzadə deyib ki, ölüləri saymaq qane etmirsə, oradakı abidələri sayaq...

Bu cavabı ilə də Rəsulzadə bir torpağın kimə məxsus olmasında mövcud məzarların, tarixi abidələrin önəmini qeyd edib.

Başa düşmək olur ki, nəyə görə ermənilər Azərbaycan torpaqlarını işğal etdikdən sonra oradakı məzarları, məscidləri, sarayları, tarixi abidələri məhv ediblər. Təkcə İrəvandakı Sərdar sarayının bugün Tiflis arxivində saxlanılan fotoşəkilləri bu torpaqların kimə məxsus olması ilə bağlı mühüm sübutdur, əgər o saray dağıdılmasaydı, indi dünyanın tarixi mirasları sırasına daxil olacaq və dünya tədqiqatçıları araşdırmalar aparacaqdı.

Ona görə də ermənilər İrəvan xanlığının Rusiya tərəfindən işğalından sonra bu və ya digər şəkildə orada türk izlərini silməyə çalışdılar. Bu gün tarixə şahidlik edən Göy məscidin də tarixinin saxtalaşdırılması, farslaşdırılması prosesi bu siyasətin tərkib hissəsidir.

Eləcə də Qarabağın işğalından sonra Üzeyir bəyin heykəlinə atılan güllələr, müsəlman məzarlarının dağıdılması ermənilərin yenə də tarixə şahidlik edəcək ölülərdən və məzarlardan xilas olmaq istəmələrini göstərir. Bu, mümkündürmü?

Bunun mümkün olmaması üçün biz gərək Qarabağ uğrunda şəhid olan həm dünənki ölülərimizi, həm də bugünkü ölülərimizi hörmətlə yad edək, onların geridə qalan varislərinin hüquqlarını ən yüksək səviyyədə qoruyaq.

Çünki şəhid məzarları, şəhid ailələri həm də Qarabağın kimə məxsus olduğunun canlı sübutlarıdır...

 

 
Dilqəm Əhməd, teleqraf.com

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300