Qusar sakini TİA.AZ-a müraciət edib. Rayonun Bədirqala kəndindən olan Elnarə Əhmədxanova başına açılan müsibətlərdən söz açıb.

O, 2013-cü ildə rayonda fəaliyyət göstərən "OKİ” tibb mərkəzinə üz tutub. E.Əhmədxanova bədənində ağrılar olduğunu hiss edib və müayinə zamanı kista aşkarlanıb: "Həkimlər dedi ki, əməliyyat olunmalısan. Əməliyyat zamanı həkimlərin səhvi üzündən sol böyrəyimi deşdilər. Özləri bir çarə tapmadı deyə Bakıya Tusi klinikasına apardılar. Burada təkrar əməliyyat olundum. Həkim Samir Cavadov bildirdi ki, "səni kim bu hala salıb, belə səhv olar, böyrəyin zədəsi böyükdür”.

Şikayətçi qeyd edib ki, Tusi klinikasında müalicə aldıqdan sonra rayona qayıdıb və "OKİ” klinikasına gedib: "Klinikanın rəhbəri Malik həkim dedi ki, heç yerə şikayət etmə, 30 min manat dəymiş ziyanın təzminatını ödəyəcəyik, böyrəyini bərpa etdirərsən. Mən də razılaşdım. Ancaq heç bir təzminat ödənilməyib. Ona görə də ikinci böyrəyimi itirmək təhlükəsi ilə üzləşmişəm”.

Mövzunu diqqətdə saxlayacağıq. Qarşı tərəfi dinləməyə hazırıq.

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300