"Trampı Putin prezident seçdirib” –"Mossad”ın sabiq direktoru

"Rusiya 2016-cı ildə keçirilən prezident seçkilərinə müdaxilə edərək, Donald Trampın prezident olmasını təmin edib”.

Teleqraf.com xəbər verir ki, bu dəfə belə bir iddia ilə "Mossad”ın sabiq direktoru Tamir Pardo çıxış edib.

İsrail mediasının xəbərinə görə, "Mossad”ın sabiq rəhbəri qatıldığı proqramda bildirib ki, Rusiya rəhbərliyi Trampı prezident seçmək üçün deyil, öz maraqları baxımından ən uyğun namizədin Tramp olduğunu düşünərək, seçkilərdə onun xeyrinə iş görüb.

Sabiq direktorun fikrincə, Moskva on minlərlə proqramlaşdırılmış virtual şəxslərdən istifadə edərək, sistemə müdaxilə edib.

Sabiq baş kəşfiyyatçı deyib ki, seçkilər öncəsi Rusiya ABŞ-ın siyasi xəritəsini çıxararaq, özünün beynəlxalq maraqlarına çatmaq baxımından ABŞ-a liderlik edəcək ən uyğun namizədi müəyyən edib:

"Aparılan araşdırma nəticəsində Trampın prezident seçilməsinin Rusiyanın beynəlxalq hədəflərinə çatması baxımından ən uyğun namizəd olduğu qərara alınıb və elektron sistemə müdaxilə edilərək, fəaliyyətə başlanılıb”.

Qeyd edək ki, ABŞ-da federal prokuror Robert Müller tərəfindən aparılan "Rusiya izi” araşdırması çərçivəsində bildirilib ki, avqust ayında Rusiya hərbi kəşfiyyatının nümayəndəsi olduğu bilinən 12 casus demokratların namizədi Hillari Klintonun seçki kampaniyasını pozmaq üçün addımlar atıb.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300