Elnur Aslanov Dubayda şirkət qurdu –Yığılan "zəkatlar”hara axır?

 

Maliyyə kanalları bağlanan FETÖ Dubayda "PayzakatGlobal” adlı şirkət qurub, məzlumlar üçün gələn zəkatları kassasına yığır.

Avropa.info xəbər verir ki, bu barədə Türkiyənin "Axşam” qəzetinin köşə yazarı Osman Nuri Cerit öz yazısında qeyd edib.

Yazar bildirib ki, şirkətin başına FETÖ-nün Azərbaycan imamı, Prezident Administrasiyasının keçmiş şöbə müdiri Elnur Aslanov gətirilib.

Osman Nuri Cerit yazır:

"Pensilvanyadakı terror təşkilatının təlimatı ilə hərəkətə keçən FETÖ-çü xainlər internetdə qurduqları "PayzakatGlobal” adlı şirkət üzərindən incə bir planı dövriyyəyə buraxıb. Mərkəzi Dubayda olan şirkət xain terror təşkilatının istismar taktikasından istifadə edərək, internetdən "zəkat” yığır”.

Müəllif yazır ki, rusca, ingiliscə, ərəbcə fəaliyyət göstərən "PayzakatGlobal” şirkətinin başına isə FETÖ-nün Azərbaycandakı imamı Elnur Aslanov gətirilib: "Aslanov sosial şəbəkədəki paylaşımları ilə din istismarçılığını buradan idarə edir. Şirkətin saxtakalığına inan xeyriyyəçilərin məzlumlara yetişəcəyini düşünürək göndərdikləri zəkat və yardımlar isə FETÖ-nün kassasına daxil olur”.

Köşə yazarı qeyd edir ki, Elnur Aslanovun bu şirkətin başına gətirilməsi Azərbaycandakı xəbər saytı "Yeni çağ”da yayımlanan xəbərlə də deşifrə olub.

Osman Nuri Cerit xatırladır ki, Elnur Aslanov 2014-cü ildə Azərbaycanda Prezident Administrasiyasından uzaqlaşdırılıb. O, həmin vaxtdan ABŞ-a qaçıb və hazırda orada yaşamaqdadır.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300