Nuşirəvan Səfərovun villalarının şəkilləri yayıldı - FOTOLAR

Nuşirəvan Səfərovun hazırda yaşadığı sarayın uzaqdan görüntüsü

Bu yazıya əlavə olunmuş fotolarda BDYPİ rəisi, rəsmi maaşı yəqin ki, 1500 manatdan artıq olmayan Nuşirəvan Səfərovun Bakının milyonçular yaşayan prestijli rayonunda – Badamdar qəsəbəsi 2-ci yeni massiv, ev 156 ünvanında yertləşən villasının yerdən və peykdən çəkilmiş görüntüləri var. Başında kümbəz, qırmızı örtüklü möhtəşəm saray və onun qarşı tərəfində, yeni tikilməkdə olan ikinci villa N.Səfərova məxsusdur. Çox böyük ehtimalla, ikinci villanı N.Səfərov övladına tikdirir.

Bu iki villanın yerləşdiyi ərazi, təxminən 1 hektar sahəni əhatə edir! Bilisinizmi, əgər son 7-8 ildə alınıbsa, təkcə bu torpağın bazar qiyməti nə qədər edir? AZI 8-10 MİLYON DOLLAR!

Hazırda, bu iqtisadi böhran şəraitində belə bu ərazidə sənədli torpağın 1 sotu 70-80 min manatdan az deyil!

nushirevan03yy

N.Səfərovun malikanəsinin quş uçuşu məsafəsindən görüntüsü

Təmiz insan N.Səfərovun hazırda yaşadığı qırmızı kümbəzli 4 mərtəbəli sarayı nə vaxt tikdiyini və bu tikintiyə nə qədər vəsait xərclədiyini deyə bilmərik. Dəqiq qiymətləndirmə aparmaq üçün evin içini, təmirin səviyyəsini də görmək lazımdır.Amma heç şübhə etmirik ki, ümumi sahəsi 1000 kvadratla ölçülən bu sarayın tikintisi, təmiri, mebel və digər zəruri əşyalarla təmin olunmasına xərclənən pul da MİLYON MANATLARLAölçülüb. Devalvasiya, böhran, tikinti materialları bazarında qiymətlərin od tutub yandığı bu günlərdə tikintisi var gücü ilə davam edən İKİNCİ VİLLAYA nə qədər xərclənəcəyini isə indi özünüz düşünün!

OLYMPUS DIGITAL CAMERA

Tikintisi gedən 2-ci villa

Belə görünür ki, Azərbaycan xalqını diz çökdürən, milyardlarla valyuta ehtiyatı olan dövləti belə çətinə salan bu iqtisadi böhran, cənab Nuşirəvanın yanından, heç yel olub ötə bilməyib.

Ən dəhşətlisi isə bilirsinizmi nədir? İkinci villanın tikintisinə uniformalı DYP əməkdaşları nəzarət edir. Açıq-aşkar. Qorxub-çəkinmədən, utanıb-ar eləmədən!Əməkdaşlarımız iki gün əvvəl ərazidə müşahidə apararkən, şahidi olublar ki, 90—300 dövlət nömrə nişanlı, BMV markalı DYP avtomobilindən düşən 2 gənc DYP əməkdaşı, BMV markalı avtomobildən düşən 23-25 yaşlarında gənclə (Çox böyük ehtimalla bu gənc N.Səfərovun oğludur-red) tikintiyə aid məsələləri danışa-danışa tikinti sahəsinə daxil olublar. "Hansı qanun və haqla N.Səfərov dövlət işçilərini özünün şəxsi təsərrüfatında işlədir?” – deyə soruşmaq olar. Amma biz soruşmuruq, nəyimizə lazım?…

Yeri gəlmişkən, əldə etdiyimiz məlumata görə, ikinci villanın tikildiyi ərazini N.Səfərov qonşusundan bu yaxınlarda alıb, ordakı evi uçuraraq, yerində yeni villanın tikintisinə başlayıb.

Bu təkzibolunmaz faktlar, foto və peyk görüntüləri ondan xəbər verir ki, polkovnik Nuşirəvan Səfərovun hər iki giriş küçəsindən qarşısına şlaqbaum qoyulmuş, təkcə hasarının üzlənməsinə bir sərvət xərclənmiş, Bakının ən prestijli rayonlarından birində yerləşən malikanəsi, ən azı 15 MİLYON DOLLARA başa gəlib!

Əlbəttə, biz bu pulun mənbəyi ilə bağlı konkret heç bir iddia irəli sürmək niyyətində deyilik. Bunu araşdırmaq, zamanı gələndə istintaqın işi olacaq. Amma fikrimizcə, bir müqayisə aparmaq yerinə düşər. Aşağıda təqdim etdiyimiz foto da Badamdar qəsəbəsində çəkilib. Fotodan görünən, N.Səfərovun villaları kimi yan-yana düzülən 3 villanın sahibləri ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi Akif Çovdarov və onun övladlarıdır. Diqqət etsəniz, görərsiniz ki, N.Səfərovun villası, A.Çovdarovun villasından da möhtəşəmdir.

000444

Akif Çovdarovun villaları

A.Çovdarova qarşı hazırda Azərbaycan Cinayət Məcəlləsindəki maddələrin, az qala yarısı ilə ittiham irəli sürülüb. Yəni sübut olunub ki, general Çovdarov bu villaların pulunu qətl, hədə-qorxu ilə tələbetmə, şəxsi həbsxanada işgəncə, gizli çəkilişlərlə şantaj, ölkə rəhbərlərini dinləmə və xarici kəşfiyyatlara satma, bir sözlə, ən ağır cinayətlərə qol qoyma yolu ilə əldə edib.

Maraqlıdır, bəs A.Çovdarovla müqayisədə çox kiçik vəzifəni tutan və rütbəni daşıyan Nuşirəvan Səfərovun bu sərvətinin kökü hardan gəlir?

Əlbəttə, biz bununla heç bir eyham vurmaq niyyətində deyilik. İstisna deyil ki, hörmətli və savadlı Nuşirəvan Səfərova dədə-babalarından küpələrlə qızıl qalmış ola bilər.

Yaxud da, mümkündür ki, onun da oğlu, məsələn, Ziya Məmmədovun oğlu kimi fitri istedad yiyəsidir və qısa zamanda dövlətimizdə yaradılmış demokratik şəraitdən istifadə edərək, biznes yolu ilə milyonlar qazanıb və hər bir qeyrətli oğul kimi, qanuni yolla qazanılmış bu pullarla da atasına hektarlarla torpaq alıb, villalar tikib. Yəni bütün bunlar mümkündür.

Amma sübutları hanı? Keçmişdən qalan sərvət varmı? N.Səfərovun oğlu fitri istedadlı biznesmendirmi? Hansı şirkəti var və dövlətə nə qədər vergi ödəyib?

BU SUALLARA CAVAB AXTARIŞLARIMIZ DAVAM EDƏCƏK! Amma hələlik bu qədər!

N.Səfərovu dinləməyə, məmnuniyyətlə hazırıq!

Villa

IMG-20160219-WA0003OLYMPUS DIGITAL CAMERAIMG-20160219-WA0008

OLYMPUS DIGITAL CAMERAOLYMPUS DIGITAL CAMERA

IMG-20160219-WA0007-1

Murad MƏMMƏDOV
AzPolitika.info

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300