Çavuşoğludan Paşinyana güllə kimi cavab

 

Əgər Ermənistan təcrid şəraitində yaşamaq istəmirsə, problemlərini həll etməlidir.

Axar.az "Yeni Akit” qəzetinə istinadən xəbər verir ki, bunu Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu deyib.

"Ermənistanın yeni rəhbərliyi Türkiyə ilə ilkin şərt olmadan görüşə hazır olduğunu deyir, amma bizim ilkin şərtimiz tam dəqiqdir. Azərbaycanın həssasiyyətini diqqətə almadan hansısa addım ata bilərikmi? Əsasən həm Türkiyə, həm də Azərbaycan ilə əlaqələri eyni anda normallaşdıracaq addımlar atılmalı, problemlər həll edilməlidir. Bu, Ermənistan üçün daha yaxşı olar. Qarabağ məsələsini həll etmək, işğal edilmiş əraziləri azad etmək lazımdır. Ermənistan təcrid edilmiş ölkə olaraq yaşamaq istəmirsə, problemləri ortadan qaldırmalıyıq. Azərbaycanın qəbul edəcəyi hər həll variantını biz də dəstəkləyəcəyik”, – deyə o bildirib.

Qeyd edək ki, Paşinyan bundan öncə İrəvanın heç bir şərt irəli sürmədən Türkiyə ilə münasibətləri həll etmək istədiyini, amma Türkiyə hakimiyyətinin münasibətlərin bərpası üçün ilkin şərtinin olduğunu bildirib.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300