Yaponiya kommersiya məqsədi ilə balina ovunu bərpa edir

 

Yaponiya hökuməti kit (balina) ovunu yenidən bərpa etmək üçün Beynəlxalq Balina Ovçuluğu Komissiyasının tərkibindən çıxmaq qərarına gəlib.Müvafiq qərar çərşənbə axşamı Nazirlər Kabineti tərəfindən təsdiq edilib.

"Report” TASS-a istinadən xəbər verir ki, bu barədə çərşənbə günü "Kyodo" nəşri məlumat yayıb.

Tokio yanvar ayının 1-dək komissiyanı bu barədə məlumatlandırmalıdır və belə olan təqdirdə Yaponiya 30 iyun 2019-cu il tarixində komissiyanı rəsmi olaraq tərk edəcək.

Bildirilir ki, Yaponiya region ölkələri ilə yarana biləcək münaqişədən yayınmaq üçün ovu Antarktida sularında etməyəcək, onları öz eksklüziv iqtisadi zonasına aparacaq.

Hazırda Antarktidada ixtisaslaşdırılmış beş gəmidən ibarət Yaponiya donanması var və onlar 330-dan çox balina ovlamaq niyyətindədirlər.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300