"Turan”  futbol  klubunun rəhbəri  Vidadi Əhmədovun qardaşı uşaq öldürüb

Azərbaycanda qanunlar  işləmədiyi  üçün  cinayətlərin əsl səbəkarı uzun müddət cəzadan yayına bilir. Daha dəqiq desək, bu ölkədə cinayətkar rüşvət verib asanlıqla polisi, prokuroru, məhkəməni  satın ala bilər.

Əgər belə olmasaydı Milli Təhlükəsizlik Nazirliyində oturan mütəşəkkil cinayətkarların əməlləri bir neçə aydan sonra üzə çıxardı. Ancaq təəssüf ki, şərti adı "MTN işi” olan "banda”nın əməlləri az qala 10 il sonra açılmağa başladı. Onu da deyəsən axıradək açılmağa qoymurlar.

Bu  gün  NUH.az-ın  əməkdaşı ilə telefon əlaqəsi saxlayan təqaüdçü  müəllim  İslam Aslanov bildirib ki, onun nəvəsi  Azad  İslamzadəni  Fikrət  Əhmədov avtomobillə vuraraq öldürüb: " Fikrət Əhmədov mənim  1-ci sinifdə oxuyan nəvəmi öz avtomobili ilə vurub öldürəndən sonra aparıb  parka atıb. Nəvəmin avtomobillə  vurulmasını tibbi  ekspertiza da təsdiq edib. Ancaq sonradan Məhkəmə Tibbi-Ekspertiza və Patoloji Anatomiya Birliyinin baş direktoru Şakir Musayevin əmri ilə  rəylər dəyişdirilib. Bu işdə prokurorluq  işçiləri də cinayətkarı müdafiə ediblər. Dəfələrlə Baş prokuror Zakir Qaralovun qəbulunda olsam da iş obyektiv aparılmayıb. Onlar  nəvəmin qanını batırıblar”.

Zərəçəkən  NUH.az-ın əməkdaşına onu da bildirib ki, Fikrət  Əhmədov  "Turan”  futbol komandasının rəhbəri Vidadi  Əhmədovun  qardaşıdır.

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300