Azərbaycanda DƏHŞƏT: vəhşi heyvanlar evə soxulub kişini yatağında parça-parça etdi

 

Dekabrın 19-da Daşkəsən rayonunun Almalı kəndində evdən kişi meyiti tapılıb.

Uluyol.az "publika.az-a istinadən xəbər verir ki, kəndin kənarında, meşəlik ərazidə yerləşən və ən yaxın qonşusu ilə 200 metr məsafəsi olan evdən 1959-cu il təvəllüdlü Quliyev Bəndər Ələkbər oğlunun meyiti aşkarlanıb.

Dərhal polis və prokurorluq orqanlarının əməkdaşları hadisə yerinə yollanıb. Məlum olub ki, çarpayıda uzanıqlı vəziyyətdə olan şəxsin baş nahiyəsi döşəməyə tərəf sallanmış vəziyyətdə qalıb və vəhşi heyvanlar onun bədənini, xüsusi ilə baş və boyun nahiyəsini parçalayıblar.

Evdən vəhşi heyvanların izləri də aşkarlanıb.

Kənd sakinləri bildiriblər ki, meyiti tapılan şəxs uzun müddətdir ki, tənha yaşayırmış və mənzil şəraiti çox ağır olub. Evin qapı-pəncərəsi, elektriki və sair olmayıb.

Həmçinin ölən şəxs 2-ci qrup əlil, eləcə də epilepsiya xəstəsi olub. Onun meyitinin öldükdən sonra heyvanlar tərəfindən parçalandığı ehtimal edilir.

Faktla bağlı araşdırmalar davam etdirilir.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300