Nüvə silahından imtina etməyəcəyik, əgər... -Dünyanı şoka salacaq təhdid

 

Şimali Koreyadan ABŞ-a təhdid məzmunlu növbəti xəbərdarlıq edilib.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, Koreya Xalq Demokratik Respublikası (KXDR) ABŞ-ın nüvə təhdidi aradan qaldırılmadığı müddətcə nüvə silahından imtina etməyəcəyini və nüvə silahı istehsal edəcəklərini açıqlayıb.

Qeyd edək ki, bu, son bir həftə ərzində KXDR-dən edilən ikinci analoji xəbərdarlıqdır. Bir neçə gün əvvəl Pxenyan ABŞ-ın siyasəti ilə əlaqədar denuklearizasiyadan (müvəsizləşmə -red.) imtina variantına baxdığını bəyan edib.

Şimali Koreyanın STAK agentliyinin xəbərinə görə, KXDR-in Xarici İşlər Nazirliyi yanında ABŞ-ın işləri üzrə İnstitut Vaşinqtonun hərəkətlərindən narazılığını ifadə edib. Söhbət Pxenyana təzyiqdən gedir. Şərhin müəlliflərinin sözlərinə görə, belə hərəkətlər Pxenyanın denuklearizasiyadan həmişəlik imtinaya gətirib çıxara bilər.

KXDR-də hesab edir ki, sanksiyaların intensivliyinin artırılması və insan hüquqları ətrafında səs-küyün yaradılması üzrə davranışlar yalnız əks effektə gətirib çıxaracaq.

Xatırladaq ki, ABŞ və KXDR liderləri arasında görüş iyunun 12-də Sinqapurda baş tutub. Tramp və Kim Çen In danışıqların nəticəsinə görə, Koreya yarımadasının tam denuklearizasiyasına razılaşıblar. ABŞ isə Şimali Koreyaya təhlükəsizlik zəmanətini verməyi öhdəsinə götürüb.

Ötən ay isə KXDR ABŞ-ın dövlət katibi Mayk Pompeo ilə bu həftə keçirilməsi planlaşdırılan yüksək səviyyəli danışıqları ləğv edib. Danışıqlarda ABŞ prezidenti ilə KXDR lideri Kim Çen In arasında ikinci sammitin keçirilməsi və Koreya yarımadasının nüvəsizləşdirilməsi məsələləri müzakirə olunmalı idi.

 

 
Uluyol.az

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300