Misir prezidenti Əbdülfəttah əs-Sisi "eBay” internet-hərracında satışa çıxarılıb.

 

Publika.az "Foreign Policy” nəşrinə istinadən xəbər verir ki, buna səbəb dövlət başçısının dünən verdiyi bəyanat olub.

 

Prezident  bildirib ki, Misirdə borc böhranının öhdəsindən gəlmək üçün kömək edərlərsə, özünü satmağa hazırdır. Liderin bəyanatı sosial şəbəkələrdə istehzalar və zarafatlara səbəb olub.

 

Əbdülfəttah əs-Sisi bir neçə saat internet hərracda satışa qoyulub. Lotun dəyəri 100 min dollara qədər qalxıb. Satıcı "malı”  "feldmarşal və fəlsəfə doktoru” kimi xarakterizə edib.

 

"eBay” internet-hərracının rəhbərliyi satıcının yumorunu sonradan səhifədən silib.

 

Qeyd edək ki, Misirin ağır iqtisadi problemlər dövrünü yaşayır. Xarici investisiyalar və turizm gəlirlər kəskin aşağı düşüb.

2013-cü ilin sonuna olan məlumata görə, Misirin xarici borcu 49 milyard dollar təşkil edirdi.

 

Ömər Dağlı


Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300