Onun rəhbərliyi altında "Apple” ən gəlirli şirkət olmaqdan savayı, həm də texnologiya azarkeşləri arasında böyük rəğbət və kult statusu qazanıb. Sağ olsaydı, dünən 61 yaşını qeyd edəcəkdi. Söhbət "Apple” şirkətinin yaradıcısı Stiv Cobsdan gedir.

 

Publika.az "Apple” kampaniyasının yaradıcısını onun müəyyənləşdirdiyi qızıl qaydalarla, müdrik fikirləri ilə xatırlayıb.

 

Stiv Cobs deyirdi:

Sabahı kəşf etmək daha yaxşıdır, nəinki dünən baş verənlərə görə təəssüflənmək.

 

İş, həyatın böyük hissəsini tutur. İşdən zövq almağın yeganə yolu mükəmməl hesab etdiyiniz işdə çalışmaqdır. Mükəmməl iş görməyin yeganə yolu isə məşğul olduğunuz işi sevməkdir. Hələ də bu işi tapmamısınızsa, axtarmağa davam edin. Üzülməyin! Qəlbiniz onu tapanda sizə xəbər verəcək.

 

Yaradıcılıq, sadəcə obyektləri bir-birinə bağlamaqdır. Qabiliyyətli insanlara bir texnologiyanı necə hazırladıqlarını soruşduqda onlar bu məsələdə özlərini bir az günahkar hiss edirlər, çünki onlar yalnız gördüklərini həyata keçirirlər.

 

Məhsulları qruplara görə hazırlamaq həqiqətən çətindir. Çox zaman insanlar məhsulları göstərənə qədər onlar nəyə ehtiyac duyduqlarını özləri də bilmirlər.

 

Ölümü xatırlamaq itirəcəklərimizin tələsinə düşməyə mane olmağın ən yaxşı yoludur.

 

Qəlbinizi izləməmək üçün bir səbəb yoxdur.

 

Keyfiyyətin ölçü vasitəsi olun. Bəzi insanlar mükəmməlliyin gözlənildiyi məkanlara öyrəşməyib. Keyfiyyət kəmiyyətdən daha əhəmiyyətlidir.

 

Mənim sevimli məşğuliyyətlərimin dəyəri yoxdur. Aydındır ki, ən dəyərli resurs vaxtdır. Vaxt məhduddur, buna görə də onu kimin üçünsə xərcləmək lazım deyil. Başqalarının fikirlərinin  tələsinə düşməyin. Özgələrinin səs-küyünün sizin daxili səsinizə qalib gəlməsinə imkan verməyin. Və ən vacibi, qəlbinizin  və intiusiyanızın səsini dinləyin, cəsarətli olun!

 

Əminəm ki, uğurlu sahibkarları uğursuzlardan fərqləndirən yeganə cəhət inadkarlıqdır.

 

İnsanlar üçün cəlbedici olmağa can atmıram. Işim onlara daha yaxşısını təqdim etməkdir.

 

Qəbiristanlıqda ən varlı adam olmağın mənim üçün fərqi yoxdur. Vacib olan bax budur: Yatmaq və bu gün sənin əsl möcüzə yaratdığını düşünmək!

 

Sokratla görüşə bilmək üçün yaratdığım bütün texnologiyanı qurban verərdim.

 

On yeddi yaşımda buna oxşar bir sitat oxudum: "Əgər siz hər günü sanki sonuncu gün kimi yaşasanız, onda yəqin ki, nə vaxtsa haqlı olacaqsınız". Sitat mənə çox təsir etmişdi, artıq o vaxtdan bəri hər gün güzgüyə baxır və özümdən soruşuram:"Əgər həyatımın son günü olsaydı, bu gün gördüyüm işi yenə də edərdim?" Bir neçə gün ərzində ardıcıl olaraq "Yox” cavabı verirdimsə, başa düşürdüm ki, nəyi isə dəyişmək lazımdır.

 

İrəliyə baxaraq nöqtələri birləşdirə bilməzsiniz. Bunu yalnız geriyə baxaraq etmək olar. Bu səbəbdən nöqtələrin gələcəkdə birləşəcəyinə inanmalısınız. İstər tale deyin, istərsə də, karma olsun, fərqi yoxdur,nəyə isə inanmalısınız. Bu yanaşma məni heç vaxt yarı yolda qoymayıb. Həyatımın dəyişməsi buna bağlıydı.

 

"Apple"-dən qovulmaq həyatımda başıma gələn ən yaxşı hadisə idi. Uğurlu insan dövrü yüngül beyin dövrü ilə əvəz edilmişdi. Getməklə mən azad oldum və yenidən məhsuldar fəaliyyət dövrünə daxil oldum. Əgər məni "Apple”-dən azad etməsəydilər, digər uğurlar olmayacaqdı.

 

Xatırladaq ki, Stiv Cobs 2010-cu ildə Forbes jurnalının reytinqinə görə, ən varlı adamlar siyahısında 136-cı yerdə qərarlaşmışdı. Onun 5,5 mlrd. ABŞ dolları var idi.

 

Aytən


Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300