Xəstələrə şəfa verən Quranın 7 ayəsi

 

Qurani-Kərim başdan-başa nurla dolu olan səma kitabıdır. Özü nurdur və onu oxuyanlara nur verər, şəfa bəxş edər.

Quranın xəstələr üçün şəfaverici ayələri vardır.

 

Yeri gəlmişkən, xəstəliklə bağlı bir mübarək hədisə diqqət edək. Həzrət Peyğəmbər (s) buyurur:"Elə bir mömin və möminə yoxdur ki, xəstələnməsin, məgər o halda ki, xəta və büdrəmələrdən pak və bağışlanmış olar”.

 

Təbii ki, xəstəliyə səbir etməklə yanaşı, ondan sağalmağa da səy etmək lazımdır. Bununla əlaqədar, Quranın xəstələrə şəfa verən 7 ayəsi ilə tanış olaq.

 

1. "Yunus” surəsinin 57-ci ayəsi.

 

يَا أَيُّهَا النَّاسُ قَدْ

جَاءتْكُم مَّوْعِظَةٌ مِّن رَّبِّكُمْ وَشِفَاء لِّمَا فِي الصُّدُورِ
وَهُدًى وَرَحْمَةٌ لِّلْمُؤْمِنِينَ

 

"Ey(tarix boyu gələn bütün)insanlar, şübhəsiz, Rəbbiniz tərəfindən sizin üçün bir öyüd-nəsihət(başdan-başa öyüd-nəsihət olan bir kitab), sinələrdə olan(xarab əqidələr və rəzil sifətlər)üçün bir şəfa və möminlər üçün bir hidayət və mərhəmət gəlmişdir”.

 

2. "Tövbə” surəsinin 14-cü ayəsi.

 

قَاتِلُوهُمْ يُعَذِّبْهُمُ اللّهُ بِأَيْدِيكُمْ وَيُخْزِهِمْ
وَيَنصُرْكُمْ عَلَيْهِمْ وَيَشْفِ صُدُورَ قَوْمٍ مُّؤْمِنِينَ

 

"Onlarla vuruşun ki, Allah onlara sizin əlinizlə əzab versin, onları xar etsin, sizi onlara qalib etsin və möminlərdən(müşriklərdən yaralı)olan dəstənin ürəklərinə şəfa versin”.

 

3. "Nəhl” surəsinin 69-cu ayəsi.

 

ثُمَّ كُلِي مِن كُلِّ الثَّمَرَاتِ فَاسْلُكِي سُبُلَ رَبِّكِ ذُلُلًا
يَخْرُجُ مِن بُطُونِهَا شَرَابٌ مُّخْتَلِفٌ أَلْوَانُهُ فِيهِ شِفَاء
لِلنَّاسِ إِنَّ فِي ذَلِكَ لآيَةً لِّقَوْمٍ يَتَفَكَّرُونَ

 

"«Sonra bütün meyvələrdən(və ağac və bitkilərin şirəsindən)ye. Beləliklə Rəbbinin(xam maddələri bala çevirmək barəsində olan instinkt)yollarını ram və itaətkarlıqla get və pətəklə meyvənin olduğu yer arasındakı get-gəldə Allah tərəfindən ilham olunmuş yolları bir kəsə əziyyət etmədən qət et».

Onların qarınlarından insanlar üçün şəfalı rəngarəng içməli maddələr çıxır. Həqiqətən bunda(bu şərbət və dərmanın düzəldilmə mexanizmində və onu düzəldənin yaşayış tərzində)düşünən bir dəstə üçün bir nişanə vardır”.

 

4. "Şüəra” surəsinin 80-ci ayəsi.

 

وَإِذَا مَرِضْتُ فَهُوَ يَشْفِينِ

 

«Xəstələndikdə mənə şəfa verən də Odur».

 

5. "Fussilət” surəsinin 44-cü ayəsi.

 

وَلَوْ جَعَلْنَاهُ قُرْآنًا أَعْجَمِيًّا لَّقَالُوا لَوْلَا فُصِّلَتْ

آيَاتُهُ أَأَعْجَمِيٌّ وَعَرَبِيٌّ قُلْ هُوَ لِلَّذِينَ آمَنُوا هُدًى
وَشِفَاء وَالَّذِينَ لَا يُؤْمِنُونَ فِي آذَانِهِمْ وَقْرٌ وَهُوَ
عَلَيْهِمْ عَمًى أُوْلَئِكَ يُنَادَوْنَ مِن مَّكَانٍ بَعِيدٍ

 

"Əgər bunu (bu kitabı) ərəbcədən qeyri bir (dildə) Quran etsəydik, mütləq deyərdilər: «Onun ayələri nə üçün aydın və aşkar bəyan olunmayıb?! Ərəb milləti və (onunla heç uyğunluğu olmayan) əcəm sözü?!».

De: «(Bu kitabın nazil olmasında hədəf dil deyil). Bu kitab iman gətirmiş kəslər üçün başdan-ayağa hidayət və (fərdi və ictimai xəstəliklər üçün) şəfadır. İman gətirməyənlərin qulaqlarında bir növ ağırlıq var (ki, onu eşitmirlər). Bu kitab onlara qaranlıq və anlaşılmazdır, (sanki) onlar uzaq bir yerdən çağırılırlar».

 

6. "İsra” surəsinin 82-ci ayəsi.

 

وَنُنَزِّلُ مِنَ الْقُرْآنِ مَا هُوَ شِفَاء وَرَحْمَةٌ
لِّلْمُؤْمِنِينَ وَلاَ يَزِيدُ الظَّالِمِينَ إَلاَّ خَسَارًا

 

"Biz, Qur’andan möminlər üçün(mənəvi və ictimai xəstəliklərə)şəfa və rəhmət olan şeyi nazil edirik və o, zalımlara(ruhi və ictimai)ziyandan başqa bir şey artırmır”.

 

7. "Həşr” surəsinin 22-24-cü ayələri.

 

هُوَ اللَّهُ الَّذِي لَا إِلَهَ إِلَّا هُوَ عَالِمُ الْغَيْبِ

وَالشَّهَادَةِ هُوَ الرَّحْمَنُ الرَّحِيمُ

هُوَ اللَّهُ الَّذِي لَا إِلَهَ إِلَّا هُوَ الْمَلِكُ الْقُدُّوسُ
السَّلَامُ الْمُؤْمِنُ الْمُهَيْمِنُ الْعَزِيزُ الْجَبَّارُ
الْمُتَكَبِّرُ سُبْحَانَ اللَّهِ عَمَّا يُشْرِكُونَ

هُوَ اللَّهُ الْخَالِقُ الْبَارِئُ الْمُصَوِّرُ لَهُ الْأَسْمَاء
الْحُسْنَى يُسَبِّحُ لَهُ مَا فِي السَّمَاوَاتِ وَالْأَرْضِ وَهُوَ
الْعَزِيزُ الْحَكِيمُ

 

"O, özündən başqa heç bir tanrı olmayan, qeybi (gizlini) və aşkarı (hər bir şüur sahibinin zahiri və batini hissiyatından gizli və aşkar olanı, yaxud hələ mövcud olmayan və artıq mövcud olan hər bir şeyi) bilən Allahdır. O, bağışlayan və mehribandır. O, Ondan başqa heç bir tanrı olmayan Allahdır. O, Məlikdir (varlıq aləminin sultanı və hökmranıdır), Qüddüsdür (müqəddəsdir. Hər hansı bir eybdən, nöqsandan, şərikdən və övladdan uzaq və pakdır), Salamdır (zatı eybdən, sifətləri nöqsandan, işləri şərdən salamatdır), Mömindir (Öz tövhidini bəyan edəndir. Öz zatının və sifətlərinin həqiqətinə imanı olan, hər bir zülmdən və pislikdən amanda saxlayandır), Muhəymindir (əmindir, hər bir şeyə hakim və üstündür, bütün varlığı qoruyan və hər bir şeyə nəzarət edəndir), Əzizdir (oxşarsız və bənzərsizdir, məğlubedilməz qalib və izzət bəxş edəndir), Cabbardır (əzəmətli şan-şövkət sahibi, hər bir məğlubiyyəti və zərəri yoluna qoyan, mövcudatı islah edən, hər şey üzərində qəti iradəyə malik olandır). Mütəkəbbirdir (təzim olunmağa layiq, batini və aşkar böyüklük sahibidir).

Allah, Ona şərik qoşduqlarından pakdır. O, (hər bir şeyi təqdir və ölçü əsasında) yaradan, (bir-birindən fərqli, lakin yaradılışının kamilliyi baxımından isə bir-birinin eyni olan varlıqları) yoxdan var edən, (hər bir şeyə müxtəlif şəkillərdə) surətlər bəxş edən Allahdır.

Ən gözəl adlar Ona məxsusdur. Göylərdə və yerdə olan hər bir şey (dillə və hal ilə) Onu zikr edirlər. O, qüdrət və hikmət sahibidir”.

 

Axırıncı 3 ayəni deyən zaman yaxşı olar ki, əlinizi başınıza qoyasınız. (Beytutə)

 

/Deyerler.org/

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300