Tamer Şahin: "Elektrik şəbəkələri, qaz, neft xətləri, dövlət qurumları, maliyyə və telekommunikasiya sektorunun ciddi şəkildə təhlükəsizlik analizlərindən keçməsi lazımdır”

Dünyanın bir çox məşhur hakerləri sırasında Tamer Şahinin xüsusi yeri var. "Etik haker” adını almış bu şəxsi dünyada baş verən bütün yeniliklər maraqlandırır. O cümlədən, Azərbaycanda fəaliyyət göstərən saytların bərk-boşuyla da maraqlanıb. Müsahibəni təqdim edirik:

- Tamer bəy, texnologiyaya maraq necə yarandı? 

- Hər şey məktəb illərində işləməyən kompüterləri emalatxanaya aparmaqla başladı. Sonra kompüterin çox yaxşı bir dost olduğunu gördüm. Bu sahəyə marağım artdı və özümü inkişaf etdirdim. Mən başladığım zaman Google və ya bənzər köməkçi vasitələri yox idi.

- Kompüter üzrə təhsil aldınızmı? 

- Xeyr. Universitetdə komputer ilə bağlı fakultə oxumaq istəmədim. İxtisasım Beynəlxalq Münasibətlər idi. Daha fərqli bir dünya görüşü qazandırırdı.

- Özünüzü virtual aləmdə bir döyüşçü kimi görürsünüz? 

- Bir dövr elə bir hiss var idi içimdə. Amma bundan artığına nail ola biləcəyimi anladım. Etik hakerlik etməyə başladıqdan sonra gücümü pis niyyətli hakerlərə qarşı sistemləri qorumaq üzərində topladım. Bu istiqamətdə Türkiyə və Dünya miqyasında çox sayda dövlət qurumu, şirkət ilə əməkdaşlıq edirəm.

- Bu bacarığınızı hakerlikdən başqa nəyəsə sərf edirsinizmi? 

- Vaxt tapdıqca Universitetlərdə çıxışlar edərək, gəncləri məlumatlandırmağa çalışıram. Bundan başqa, TV proqramlarında informasiya təhlükəsizliyi haqqında xalqı maarifləndirməyə çalışıram. 

-Pul qarşılığında hakerlik etmisinizmi? 

- Heç vaxt. Etik hakerliyi seçməzdən əvvəl də heç vaxt mənfəət əvəzi haranısa hak etməmişdim. Bu üzdən hazırda buradayam. 

- Azərbaycan hakerləri ilə işbirliyiniz oldumu? 

- Azərbaycana iki-üç dəfə gəlmişəm. Bakıya. Çox heyranedici bir şəhərdir. Azərbaycan xalqı çox mehribandır. Qardaş millət olduqlarını hiss etdirirlər. Bir neçə dövlət qurumundan da təklif gəlib, danışıq aparırıq.

- Azərbaycan saytlarına baxmısınızmı, hansı boşluqlar var? 

- Əlbəttə, icazə almadan Azərbaycanın heç bir saytına, firmaya, dövlət qurumuna hücum etməməliyik. Söhbətin mövzusu ola bilməz. Amma ümumilikdə danışarkən texniki baxımdan bəzi problemlər olduğunu gördüm. Xüsusən təhlükəsizlik testləri baxımından mövcud sistemlərin təhlil edilməsi böyük əhəmiyyət daşıyır. Xüsusilə elektrik şəbəkələri, qaz xətləri, neft xətləri, dövlət qurumları, maliyyə sektoru, telekommunikasiya sektorunun ciddi şəkildə təhlükəsizlik analizlərindən keçməsi lazımdır. 

- Yazdığınız kitab nə haqdadır? 

- "Hackerliyin ağlı" adlı kitabım hər bir texniki bilgi səviyyəsində olan insanın rahat oxuya biləcəyi kitabdır. Burda öz həyat hekayəmi anlatmışam. 

- Sonda Azərbaycanın internet istifadəçilərinə məsləhətiniz nə olacaq? 

- Əməliyyat sistemləriniz lisenziyalı olsun, antivirus proqramlarını aktiv saxlayın, bilmədiyiniz linklərə daxil olmayın. 

Samir Aslan
JAM.AZ

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300