Kontakt Home-dan Qızıl Zəmanət fırıldağı –FOTO

 

Sfera.az GN Press-ə istinadən xəbər verir ki,Kontakt Homemağazalar şəbəkəsindənHoffmann Neo A900model telefon (imei – 354653 ***** 53 43 / 354653 ***** 53 50) alan müştərinin dediklərinə görə, telefon alınarkən ona "Qızıl Zəmanət” təklif olunub və qızıl zəmanət üçün müştəriyə təxminən 80 manat əlavə pul ödəyəcəyi bildirilib. Bununla razılaşan müştərinin telefonu 3 aydan sonra əlindən yerə düşərək fiziki zədə alıb və telefonun ekranında çatlar əmələ gəlib.

Müştəri qızıl zəmanətin şərtlərinə əsaslanaraq 11 dekabr 2018-ci il tarixdə təxminən saat 18:30 radələrindəKontakt Home-un Neftçilər filianına, servisə (AA0086 sıra nömrəsi ilə 3-cü kassa) müraciət edib.Servisdən bildiriblər ki, telefon fiziki zədə alarkən onun korpusu deformasiyaya uğrayıb və yeni ekranın qoyulması üçün korpus mütləq şəkildə dəyişməlidir. Servisin əməkdaşı qeyd edib ki, korpusda yaranan problemlər "Qızıl Zəmanət”-ə aid olmadığına görə əlavə olaraq müştəri 75 manat pul ödəməlidir.

 

Bununla razılaşmayan müştəri Kontak Home mağazalar şəbəkəsinin qısa nömrəsi olan *6060-a zəng edərək təklif edib ki, əgər sizin mütəxəssislər "deformasiya”-ya uğramış telefonun ekranını dəyişə bilmirlərsə o zaman ekranı bizə təqdim edin özümüz dəyişək. *6060 nömrəsindən müştəriyə bildiriblər ki, müraciətinizi qeydə almışıq və yenidən sizinlə əlaqə yaradacayıq.

 

Bir müddət sonra müştəriyə zəng edərək ona bildiriblər ki, servis tərəfindən ona yeni ekran təqdim edə bilməzlər, çünki ekran korpusa birləşmiş şəkildə olur.

 

Burada sual yaranır – Əgər ekran korpusa birləşmiş şəkildə olursa bəs nə üçün ekrana zəmanət verilir?

 

Deyilənlərdən bu nəticəyə gəlmək olar ki, telefonun korpusu deformasiyaya uğramasa belə ekranla bərabər korpusda dəyişilməlidir.

Müştəri baş verənlərlə əlaqədar olaraq məhkəməyə müraciət edəcəyini vurğulayıb!

 

Məlumat üçün qeyd edək ki, Hoffmann modelləri üçün ehtiyyat hisslələri yalnız Kontakt Home-də var. Əgər müştəri lazım olan ehtiyyat hissəsini tapa bilmirsə bu zaman məcbur olur ki, "Qızıl Zəmanət” tələsinə düşsün.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq!

Uluyol.az

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300