İranda neft hasilatı 2016-cı ildən bəri ən aşağı səviyyəyə düşüb

 

Noyabr ayında İranda neft hasilatı sutkada 3,01 milyon barelə qədər azalaraq 2016-cı ilin yanvar ayından bəri ən aşağı səviyyəyə enib.

"Report" xəbər verir ki, bu barədə Beynəlxalq Enerji Agentliyinin (BEA) dekabr ayı üzrə hesabatında deyilir.

"İranın neft hasilatı sutkada 310 min barel azalaraq sutkalıq 3,01 milyon barel səviyyəsinə enib. Çünki İranın müştəriləri ABŞ sanksiyaları ilə əlaqədar satınalmaları azaldıblar. Hasilat 2016-cı ilin yanvarından bəri ən aşağı həddə düşüb. İllik hesablamalara görə isə hasilat sutkada 840 min barel azalıb", - hesabatda göstərilib.

BEA həmçinin qeyd edir ki, İranın neft ixracatı aylıq göstəricidə sutkada 550 min barel azalaraq sutkada 1,28 milyon barelə düşüb. ABŞ-ın İrana qarşı sanksiyalarının başlanmasından bəri İslam Respublikasında hasilat gündəlik 1,4 milyon barel azalıb.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300