Ukraynalı pilot:
Fevralın 25-də ukraynalı pilot Kraveç Leonid Markoviç Bakıda mətbuat konfransı keçirib.
Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun dəvəti ilə Bakıya gələn pilot Xocalı
qətliamının ilk şahididir. O, azərbaycanlı jurnalistləri bu vəhşiliyin törədildiyi yerə
helikopterlə aparıb. 

Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun rəhbəri Hikmət Cavadov
konfransda çıxışında bildirib ki, iki il öncə pilot Kraveç Leonid Markoviçlə
bağlı məlumat alıblar: "Bir müddətlik araşdırmadan sonra Xocalı barədə film
çəkməyi qərara aldıq”. 

Kraveç Leonid Markoviç isə bildirib ki, 1989-cu ildən 1992-ci ilə qədər Gəncədə
SSRİ qoşunlarının tərkibində xidmət edib: "Helikopter komandiri olmuşam”.
Onun sözlərinə görə,1992-ci ildə fevralın 27-də Gəncəyə qayıdarkən Xocalının
şərqindən iki kilometr məsafədə dağın ətəyində uçarkən rəngərəng paltar
müşahidə ediblər: "Beş yüz metr məsafəyə enərkən, gördük ki, ermənilər
yaralıları da güllələyir. Ermənilər Azərbaycan vertolyotunu görüb atəşə tutmağa
başladılar. Biz qayıtdıq və ölkə rəhbərliyinə müraciət etdik. Bundan sonra
jurnalistləri oraya çəkiliş üçün aparmağımızı istədilər. Jurnalistləri apararkən
jurnalist Çingiz Mustafayevi gördük. Onların cəmi beş dəqiqə vaxtı vardı ki,
çəkiliş etsinlər. Gördük ki, artıq ermənilər bizi görüblər və atəş edirlər. Beş
dəqiqə ərzində çəkiliş etdik. Dünya bu qətliamı bu çəkilişlərdən sonra bilib,
soyqırımdan xəbər tutub”. 

Pilotun sözlərinə görə, o zaman gördükləri barədə mətbuata  müsahibə
verib və bu, geniş müzakirələrə səbəb olub: "Jurnalistlər hadisə yerinə
düşərkən ərazini tam çəkə bilməyiblər. On-on beş dəqiqə çəkiliş apara
bildik. Helikopter yerə enə bilməmişdi. Hər zaman hazır idi ki, ermənilər
gələndə çəkiliş qrupunu götürüb gedə bilsinlər. Çəkiliş qrupu aşağı
düşəndə o dərəcədə şok yaşadı ki, iki-üç dəqiqə ərzində çəkiliş edə
bilmədilər. Onları tələsdirdik, çox az kadrlar çəkdilər. Meyitlər
bir-birindən çox aralı idi. Jurnalistlər nəyi çatdırdılarda, onu çəkdilər.
Ancaq ərazi tam halda yuxarıdan çəkilib. Bizimlə gedən bir polis kapitanı
uşaqların arasında öz oğlunu tapdı. Oğlu güllələnmiş, öldürülmüşdü.
O, uşağın meyitini görütüb  helikopter tərəfə gəlirdi, ermənilər bizi görmüşdü,
biz uçmalı idik. O, oğlunu helikopterə yerləşdirdi, özünün isə əlləri aşağı
düşdü, helikopterə minə bilmirdi. Deyəsən ağlını itirmişdi. Biz onu da güclə
götürüb uçduq”.

Ukraynalı pilotun iştirakı ilə jurnalistlərin Xocalıya getməsi və soyqırımı
çəkməsi barədə film də ərsəyə gəlib. Ukrayna Azərbaycanlıları Birləşmiş
Diasporu tərəfindən çəkilən "Cəhənnəmi görmüş pilot” filminin təqdimatı
fevralın 26-da olacaq. 

Röya 
Fotolar müəllifindir

 







Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300