Vyetnamda daşqınlar 14 nəfərin ölümünə səbəb olub- VİDEO

 

Vyetnamda ölkənin mərkəz hissəsini cənginə alan leysan yağışları nəticəsində baş verən daşqınlar 14 nəfərin ölümü ilə nəticələnib, daha 1 nəfər isə itkin düşüb.

Bu barədə "Report" RİA "Novosti"yə istinadən xəbər verir.

Vyetnamın mərkəzi hissəsində güclü leysan yağışları dekabrın 8-də başlayıb.

Təbii fəlakətlər barədə xəbərdarlıq və onların qarşısının alınması üzrə Komitədən (NDPC) bildirilib ki, təbii fəlakətdən ən çox zərəri Bindin vilayəti görüb. Vilayətdə 6 nəfər daşqınların qurbanı olub. Eyni zamanda Kuanqnam, Kuanqçi və Txıatxen Hyue vilayətlərində bir neçə nəfər ölüb.

Hökumətin məlumatlarına görə, bölgədə onminlərlə ev su altında qalıb. Dekabrın 12-nə olan məlumata görə, su səviyyəsi artıq azalır və yerli sakinlər fəlakətin törətdiyi fəsadları aradan qaldırmağa çalışırlar.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300