Eyfel qülləsi qaranlığa büründü - FOTO

 

Dekabrın 13-də Fransada Strasburq faciəsinin qurbanlarının xatirəsini anmaq məqsədilə Eyfel qülləsinin işıqları söndürülüb.

Oxu.Az xəbər verir ki, bu haqda Fransa paytaxtının meri Ann İdalqo öz "Twitter” hesabında məlumat yayıb.

Qurbanların xatirəsini anmaq və qohumlarına dəstək olmaq üçün qüllənin işıqları saat 00:00-da söndürülüb.

 

Снимок.PNG (178 KB)

Xatırladaq ki, dekabrın 11-i, axşam saatlarında Strasburqda 29 yaşlı Şərif Şekat milad yarmarkasına toplaşanlara atəş açaraq, aradan çıxıb. Silahlı hücum nəticəsində üç nəfər ölüb, 13 nəfər yaralanıb. Şəhərin meri hadisənin terror aktı olduğunu təsdiqləyib.

Sonradan məlum olub ki, atəş açan şəxs əvvəllər məhkumluq həyatı yaşayıb və terrorda şübhəli bilinən şəxs kimi yerli təhlükəsizlik orqanlarının "radar”ında olub.

 


Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300