Tereza Mey: "İstefaya getsəm "Brexit" ləngiyə, hətta pozula bilər”

 

Böyük Britaniyanın Baş naziri Tereza Mey ona qarşı etimadsızlıq göstərilməsinə nail olmaq üçün müvafiq proseduru başlayan Mühafizakar Partiyasından olan həmkarlarına cavab verib.

"Report” TASS-a istinadən xəbər verir ki, T.Mey istefaya gedəcəyi təqdirdə "Brexit" məsələsinin yubanmasına, hətta tamamilə pozulmasına gətirib çıxaracağını, etimadsızlıq barədə səsvermədə iştirak etmək üçün İrlandiya səfərini təxirə saldığını açıqlayıb.

Digər tərəfdən, bu axşama nəzərdə tutulan səsvermə ərəfəsində Nazirlər Kabinetinin ən nüfuzlu üzvləri baş nazirə dəstək veriblər. Belə ki, Tereza Meyin hökumət başçısı vəzifəsində qalmasına tərəfdar olanlar arasında xarici işlər naziri Ceremi Hant, maliyyə naziri Filip Hammond, daxili işlər naziri Səcid Cavid, əmək və təqaüdlər naziri Ember Radd, ətraf mühit mühafizəsi, ərzaq və kənd təsərrüfatı naziri Maykl Gouv, beynəlxalq inkişaf naziri Penni Mordont var.

Xatırladaq ki, "Brexit" məsələsinə dair danışıqlardan narazı qalan Mühafizəkar Partiyasının nümayəndəri bu gün partiya lideri olan Baş nazir Tereza Meyə qarşı etimadsıqlıq göstərilməsi üçün prosedura başlayıblar.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300