Daha bir ölkə Qüdsü İsrailin paytaxtı kimi tanımağa hazırlaşır

 

Avstraliya hökuməti Qüdsü İsrailin paytaxtı kimi tanımaq niyyətində olsa da, yaxın zamanlarda səfirliyini Təl-Əvivdən köçürməyi planlaşdırmır.

"The Australian” qəzetinin yaydığı xəbərə görə, Avstraliyanın Baş naziri Skott Morrisonun və nazirlər kabinetinin bu barədə qərarı dekabrın 12-də rəsmən elan olunacaq. Səfirliyi Qüdsə köçürməkdən imtina edilməsinin isə maliyyə ilə bağlı olduğu bildirilir. Bu, 200 milyon dollara başa gələ bilər ki, hakimiyyət orqanları belə böyük xərcə getmək istəmir.

Xatırladaq ki, Avstraliyadan öncə ABŞ, Qvatemala, Çexiya, Braziliya və Honduras Qüdsü İsrailin paytaxtı kimi tanıyıb. Hələlik isə orada yalnız iki dövlət – Birləşmiş Ştatlar və Qvatemala səfirlik açıb. Regionda vəziyyəti gərginləşdirən bu addımı kəskin etirazla qarşılayan bir çox dünya liderləri və beynəlxalq təşkilatlar isə şəhərin statusu məsələsini Fələstin-İsrail münaqişəsinin əsas problemi hesab edirlər. (AZƏRTAC)

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300