Böyük Britaniyada baş nazirə etimadsızlıq göstərilə bilər

 

Böyük Britaniyada hakim Mühafizəakarlar partiyasından olan bir qrup deputatın təşəbbüsü ilə baş nazir Tereza Meyə etimadsızlıq göstərmək üçün səsvermə keçiriləcək.

Partiyada Tereza Meyə müxalifətdə olanlar bunun üçün tələb olunan, parlament deputatlarının 15%-nin imzasını alıb.

Səsvermənin Bakı vaxtı ilə 22:00-dan başlayacağı bəlli olub.

Son məlumatlara görə, baş nazir Tereza Mey ətrafındakılara təslim olmayacağını və sona qədər mübarizə aparacağını sölyəyib.

Xatırladaq ki, bundan öncə baş nazir Tereza MeyBöyük Britaniya parlamentdə "Breksit” sazişi ilə bağlı həlledici səsverməni təxirə salmağa nail olmuşdu.

Siyasi müşahidəçilər baş nazirin bu addımı sazişin parlamentdən keçməyəcəyini, onun ardınca isə özünün istefa məsələsinin qoyulacağını bildiyi üçün belə bir addım atdığını qeyd edirlər.

Görünür, son gəlişmə Tereza Mey əleyhdarlarını dayandırmayıb və onlar saziş olmadan də hərəkətə keçmək qərarına gəliblər.

Böyük Britaniyanın Breksit üzrə keçmiş naziri Devid Devis Krallıq parlamentinin Böyük Britaniyanın Avropa Birliyindən çıxmaqla bağlı razılaşmaya qarşı çıxmaq hüququnun olduğunu bəyan edib

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300