Fransalı deputat:"Makronun çıxışı gecikmiş cavabdır"

 

"Makron xalqı təhqir edərək yaralılar barəsində bir söz belə demədi”.

"Report” Fransada çıxan "Liberation”a istinadən xəbər verir ki, bunu Fransa parlamentinin üzvü, Fəth Edilməyən Fransa Partiyasının lideri Jan-Lük Melanşon Prezident Emmanuel Makronun dekabrın 10-da televiziya vasitəsilə xalqa müraciətini tənqid edərkən vurğulayıb.

"Makron zamanı səv salıb. O, aztəminatlı vətəndaşları, işsizləri, qismən işlə təmin olunanları, təhsil alan gəncləri unudub”, - deyə o vurğulayıb.

Deputatın sözlərinə görə, ölkə üzrə etiraz aksiyası davam edəcək: "Vətəndaş inqilabı daha böyük olacaq”.

Parlamentdəki Sosialistlər fraksiyasının lideri Valeri Rabo prezidentin çıxışını "gecikmiş cavab, xülya” adlandırıb.

Qeyd edək ki, noyabrın 17-dən Fransada avtomobil yanacağının qiymətinin bahalaşacağına etiraz aksiyası keçirilir. Dekabrın 10-da Fransa Prezidenti Emmanuel Makron televiziya vasitəsilə xalqa müraciət edib.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300