Əfqanıstan ordusu ölkənin şimalında son bir gün ərzində 19 silahlı öldürüb.
Musavat.com xəbər verir ki, bu məlumatı yerli hökumətə istinadən "Sinxua” agentliyi yayıb.
Məlumata görə, 13 nəfər silahlı isə Əfqanıstan ordusu tərəfindən əsir götürülüb.
Hökümət qüvvələrinin "Taliban" silahlılarına qarşı keçirdiyi əməliyyatlarda Baqlan əyalətinin Dand-i-Qori rayonunda 19 silahlı öldürülüb və Tahar əyalətində isə 13 silahlı əsr götürülüb.
Tutulan silahlılar dövlət müəssisələrinə, dini xadimlərinə və dinc insanlara qarşı hücumlarda günahlandırılır.