Səud Əbdüləziz əl-Rumi:
Küveyt dövlətinin milli bayramı münasibətilə bu ölkənin Azərbaycandakı səfirliyi tərəfindən Bakıda rəsmi qəbul təşkil olunub.

"Report"un məlumatına görə, tədbirdə xarici ölkələrin Azərbaycandakı səfirləri, ictimaiyyət və hökumət nümayəndələri iştirak edib. Tədbir hər iki ölkənin dövlət himnlərin səsləndirilməsi ilə başlayıb.

Qəbulda çıxış edən Küveytin Azərbaycandakı səfiri Səud Əbdüləziz əl-Rumi qeyd edib ki, son illər Küveyt və Azərbaycan arasında əlaqələrin sürətli inkişaf müşahidə olunur. Onun sözlərinə görə ikitərəfli münasibətlərin inkişafı sahəsində ən mühüm nailiyyətlərdən biri Azərbaycan - Küveyt hökumətlərarası birgə iqtisadi komissiyanın iki iclaslarının keçirilməsi olub.

Səfir çıxışda Azərbaycan tərəfinin Küveyt vətəndaşları üçün vizaların sadələşdirilməsini alqışlayıb və Azərbaycan hökumətinə təşəkkürlərini bildirib.

Səud Əbdüləziz əl-Rumi, həmçinin, Küveyt dövlətinin Xocalı soyqırımını pislədiyini də bildirib.
Daha sonra çıxış edən Azərbaycanın təhsil naziri Mikayıl Cabbarov Küveyt dövlətini Azərbaycan hökuməti tərəfindən milli bayram münasibətilə təbrik edib. Onun sözlərinə görə, ölkələr arasında münasibətlər dostluq və əməkdaşlıq ruhunda inkişaf edir. Nazir həmçinin vurğulayıb ki, hər iki ölkə təhsilə böyük sərmayələr yatırır və bunun millətlərinin gələcəyi naminə ən səmərəli yatırım olduğuna inanır.

Sonda qonaqlar Küveyt mədəniyyətinin və mətbəxinin nümunələri ilə tanış olublar

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300