Son 3 ildə dünyada terrorizm qurbanlarının sayı iki dəfə azalıb

 

Dünyada terrorizm qurbanlarının sayı 2014-cü ilin göstəriciləri ilə müqayisədə 44% azalıb və 2017-ci ildə bu rəqəm 18,8 min nəfər təşkil edib.

Musavat.com xarici mətbuata istinadən xəbər verir ki, bu statistika Londonda yerləşən İqtisadiyyat və Sülh İnstitutunun (The Institute for Economics and Peace) "Terrorizmin qlobal indeksi” adlı məruzəsində deyilir.

Məruzənin müəllifləri terrorçuların əlindən ölən insanların sayının son 3 ildə azaldığını qeyd edirlər. Burada İŞİD terror təşkilaıtnın İraq və Suriyadakı fəallığının azalmasının rolu böyükdür. Suriyada 2017-ci ildə terror aktlarında həlak olanların sayı (1,1 min) 2016-cı ilə (2,1 min) nisbətən iki dəfə aşağı düşüb. 2015-cı ildə isə bu rəqəm 2,7 min nəfər civarında olub.

Eyni tendensiyanı İraqda müşahidə etmək olar. Əvvəlki illə müqayisədə (9,8 min) 2017-ci ildə terrorçulaırn canlarını aldğı şəxslərin sayı 4,5 min səviyyəsində qalıb.

"Suriyadakı göstəricilər İŞİD-ə qarşı aparılan uğurlu əməliyyatlara bağlamaq olar. İŞİD getdikcə daha çox ərazi və maliyyə qaynağını itirir. Bununla bərabər İŞİD-lə bərabər "Cəbhət ən Nüsrət” kimi təşkilatın da aktiv olduğunu qeyd etmək lazımdır”,- İqtisadiyyat və Sülh İnstitutunun təsisçisi, iş adamı Stiv Kellelea bildirib.

Onun sözlərinə görə, terrorizmin siması olduqca dəyişkəndir.

"2017-ci ildə insan qurbanları ilə müşayiət olunan terror aktlarını 169 qrup törədib. Onlardan 42-i yeni yaranan təşkilatlardır”,-deyə Kellelea davam edib.

Məruzədə qeyd olunduğu kimi, qlobal terrorizm 2017-ci ildə dünya iqtisadiyyatına 22 milyard dollar zərər vurub. Bu isə əvvəlki illə müqayisədə 42% azdır. İnsanların həlak olması ilə nəticələnən terror aktları dünyanın 67 müxtəlif ölkəsində həyata keçrilib.

Lakin bütün bunlarla bərabər narahatedici gəlişmə də var.

Belə ki, Qərb ölkələrində sağ radikallar tərəfindən reallaşdırılan terror aktlarının artması diqqət çəkir. 2013-2017-ci illərdə radikal sağçı qrupların təşkil etdiyi hücumlar 127-yə, qurbanların sayı isə 66-ya çatıb. Təkcə 2017-ci ildə radikal sağçılar 17 nəfəri qətlə yetiriblər.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300