Bakıda tikinti şirkəti bir mənzili 3 nəfərə satıb - FOTOLAR
"Əvvəlcə bina tikilmirdi, gözlədik. İndi isə məlum olur ki, eyni mənzili 2-3 nəfərə
satıblar". 

Bu sözləri musavat.com-a Cəfər Cəfərov adlı zərərçəkmiş deyib.

Məsələ burasındadır ki, Binəqədi rayonu, Atatürk prospekti 30/78 A ünvanında
"Xudafərin" MMC tərəfindən tikilən yaşayış binasında 30-dan çox mənzil birdən artıq
adama satılıb. 

"Xudafərin" MMC-nin rəhbəri hazırda həbsdə olan iş adamı "Amay Abdulla" kimi tanınan
Abdulla Abdullayevdir. A.Abdullayevin rəhbərlik etdiyi şirkətdən ziyan çəkən təkcə Cəfər
Cəfərov deyil. Bu üsulla onlarla vətəndaşı aldadan şirkət, hazırda hər şeydən boyun qaçırır. 

C.Cəfərov deyir ki, aldığı mənzil ondan başqa daha 2 nəfərə satılıb: "2013-cü ildə
mənzil almaq üçün Azər Xəlilov adlı şəxsə 65 min dollar vəsait ödəmişəm. Bir müddət
əvvəl evimi təmir etmək üçün getdim və gördüm ki, mənzilimdə başqa şəxs var. O da
evi təmir etdirir. Mənə məxsus olan mənzili başqasına satıblar. Hətta bu da azmış kimi,
məlum oldu ki, eyni mənzili 2004-cü ildə bir nəfərə, 2012-ci ildə başqa bir nəfərə,
2013-cü ildə isə mənə satıblar. Belə vəziyyətdə təkcə mən deyiləm. Məndən başqa
digər adamlar da var. Onları da belə aldadıblar. 

Şirkətin məsul şəxslərinə bununla bağlı müraciətlər etsəm də, onlar min cür
bəhanə gətirərək problemdən yayınırlar. Biz evin alış-verişini Azər Xəlilov adlı şəxslə
etmişik. Həmin adam hazırda azadlıqdadır. 

Bina 2001-ci ildən tikilməyə başlayıb. Lakin hələ də tam təhvil verilməyib. Amma bir neçə
ailə artıq binaya köçüb və yaşayır. Hazırda şirkət tərəfindən heç bir iş görülmür.
Sakinlərin öz aralarında yığdığı pulla təmir işləri aparırlar.

Korrupsiyaya qarşı Mübarizə İdarəsinə də müraciət etmişik. Şirkətin rəhbəri həbsdədir.
Amma müsahib və təsisçisi həbs edilməyib. Onlar da bir mənzilin bir neçə adama
satılmasına görə məsuliyyət daşıyırlar. 

Mənim tələbim budur ki, ya verdiyim 65 min dolları geri qaytarsınlar, ya mənzilimi
versinlər, ya da eyni binada satılmayan boş mənzillərdən birini versinlər. Mən
3 otaqlı mənzil almışam. Mənə ancaq eyni kvadratda veriləcək mənzil sərf edir.
Aidiyyəti qurumlardan bu cür problemlə rastlaşan insanlara yardım etməsini,
dələduzların isə cəzalandırılmasını xahiş edirik".

Hazırda "Xudafərin" MMC-nin direktoru İlham adlı şəxsdir. Direktorla əlaqə
saxladıq. Saytımıza açıqlama verən şirkət rəsmisi bunları dedi: "Mən bu
vəzifəyə yeni təyin olmuşam. Mənim bu hadisələrdən xəbərim yoxdur". 

- Siz şirkətin direktorusunuz. Şirkətdə baş verənlərdən, bir mənzilin
3 nəfərə satılmasından məlumatınız yoxdur?

- Məlumatım yoxdur. Araşdırma gedir. İnşallah yaxşı olacaq.

- Zərərçəkmiş şəxslərin problemləri necə həll ediləcək? Onların pulları
geri veriləcəkmi? Yoxsa, başqa mənzil təklif edəcəksiniz?

- Mən bilmədiyim şey barəsində danışa bilmərəm. 

Məhəmməd Türkmən,
Fotolar müəllifindir. 

 


Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300