Co Bayden özünü ABŞ prezidenti vəzifəsinə ən layiqli namizəd hesab edir

 

ABŞ-ın keçmiş vitse-prezidenti Co Bayden deyib ki, o, ABŞ prezidenti vəzifəsinə "ən layiqli namizəddir”.

AZƏRTAC xəbər verir ki, Bayden bu bəyanatı böyük oğlu, 2015-ci ildə baş beyin xərçəngindən dünyasını dəyişmiş Cozefin xatirəsinə həsr edilmiş "Mənə söz ver, ata” turu çərçivəsində Montana Universitetində çıxışında səsləndirib.

Bayden daha sonra deyib ki, 2020-ci ildə prezident seçkilərində onun iştirak edib-etməyəcəyi ailəsinin bu sınaqdan keçməyə hazırlıq dərəcəsindən asılı olacaq. 2020-ci ildə Baydenin 78 yaşı olacaq. Sabiq vitse-prezident öz bəyanatını belə əsaslandırıb ki, o, ölkə qarşısında duran məsələlərlə, o cümlədən orta sinfin ağır vəziyyəti və xarici siyasət ilə yaxşı tanışdır və bu sahədə zəngin təcrübəsi var.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300