Rusiya xarici işlər naziri bu ay Azərbaycana səfərə gələcək
Rusiyanın xarici işlər naziri Sergey Lavrov dekabrın ortalarında Azərbaycana səfər edəcək.
"Report" xəbər verir ki, bunu bu gün keçirdiyi brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.
O deyib ki, S.Lavrov dekabrın 14-də Bakıda keçiriləcək Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak edəcək.