Maykl Koen Donald Tramp üçün əsl fəlakətə çevrilir

 

ABŞ prezidentinin keçmiş vəkili və "Trump Organization” şirkətinin çoxillik vitse-prezidenti Maykl Koen bu günlərdə yeni etirafları ilə Ağ Ev rəhbərinin başına iş açıb.

Keçən həftənin 4-cü günü cənab Koen heç bir dəvət və ya bildiriş olmadan Nyu-York şəhərinin cənub dairə məhkəməsinə gələrək Donald Trampın Moskvada tikmək istədiyi "Trump Tower” göydələni ilə bağlı vaxtilə Konqres üzvlərinə yalan ifadə verdiyini boynuna alıb.

Maykl Koen bu "tövbə”sinin müqabilində məhkəmədən onu həbs etməməsini istəyib.

Xatırladaq ki, keçən il Konqresin birgə komitəsində çıxış edən Maykl Koen "Trump Organization” şirkətinin Moskvadakı layihələrini 2016-cı ilin yanvarında bitirdiyini bəyan etmişdi.

Lakin yeni etirafa görə, Trampın Moskvadakı potensial tərəfdaşları ilə danışıqları 2016-cı ilin iyununa qədər sürüb. Əsas vasitəçi rolunda isə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov çıxış edib.

Картинки по запросу michael cohen trump

 

Maykl Koenin vəkilləri müvəkkillərinin Trampla bağlı aparılan başqa bir proseslə əlaqədar Nyu-York prokurorluğu ilə əməkdaşlığa getdiyini bildiriblər. Bu, ABŞ prezidenti və onun ailəsinin maliyyə fırıldaqları və vergi qaçırmasına dair işləri əhatə idir. İşin içində Donald Trampdan başqa onun oğulları kiçik Donald Tramp və Erik Tramp, habelə qızı İvanka Trampın adı keçir.

ABŞ prezidentinin keçmiş vəkili Nyu-York ştatının Maliyyə və vergilər departamentinin nümayəndələri ilə də görüşüb. Koenin vergi məmurlarına Trampın vaxitlə "Trump University” adı altında , guya daşınmaz əmlak biznesinin sirlərini öyrədən təhsil təşkilatı ilə bağlı fırıldaqları anlatdığı bildirilir.

Prezident Tramp isə olanlara tvitter vasitəsilə qəzəblə reaksiya verib.

BOB MULLER.JPG (23 KB)

 

"Bob Büller (bu adam insanların düşündüyündən də fərqli adamdır) və onun nəzarətdən çıxan qəzəbli demokratlar bandası həqiqəti bilmək istəmir. Onlar ancaq yalan arzulayırlar. Həqiqət onların missiyası üçün olduqca pisdir!”,-deyə Trampn tvitlərindən birində bu kəlmələr yer alıb.

Demokratlar isə əllərinə düşən bu fürsətdən əməlli-başlı yararlanmağı planlayırlar. ABŞ Konqresinin gələcək tərkibində kəşfiyyat komitəsinə rəhbərlik edəcəyi gözlənilən konqresmen Adam Şiff yeni informasiyanın Kremlin hələ də Ağ Ev rəhbərinə qarşı istifadə edə biləcəyi rıçaqlara sahib olduğunu göstərdiyini deyib.

Konqresin hüquqi komitəsinin gələcək sədri Cerrold Nedler isə NBC kanalına verdiyi müsahibədə prezidentin Rusiya ilə biznes əlaləqəri barədə aamerikan xalqın yalan danışdığını söyləyib. "Kreml onun yalan danışdığını bilirdi, bu isə Putinə prezidentə təsir göstərmək üçün əlavə imkanlar verib. İndi əsas məsələ bu təsir alətlərinin hələ qalıb-qalmaması və hətta Krmelin əlində başqa məlumatların olub-olmamsından ibarətdir.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300