Bakıda avtobus qəza törətdi: ölən və yaralananlar var (VİDEO, FOTOLAR)
Bu gün saat 10:20 radələrində Bakının Nizami rayonundaavtobus qəzası
baş verib. Musavat.com-un hadisə yerində olan əməkdaşının verdiyi xəbərə
görə 36 saylı marşrut üzrə işləyən 90 HS 692 dövlət qeydiyyat nişanlı,
"Deawoo” markalı avtobus Qara Qarayev prospektində yüksək sürətlə hərəkət
edərkən idarəetməni itirib və yoldan çıxaraq səkidə dayanmış piyadanı vurub.
Bundan sonraavtobus yolayrıcındakı işıqfora çırpılıb, daha sonra isə
hərəkətdə olan "Nissan” markalı minik avtomobilini vurub. 

Piyada hadisə yerindəcə keçinib.  Bir neçə sərnişin isə xəsarət alıb.

Avtobusun sürücüsü hadisəni törətdikdən sonra qaçıb.  

***
Səhiyyə Nazirliyindən APA-ya verilən məlumata görə, avtobusla minik
avtomobilinin toqquşması nəticəsində 1 nəfər ölüb, 13 nəfər xəsarət alıb.
Yaralılar xəstəxanaya yerləşdirilib.  
   
Qəza zamanı ölən Asif Yusif oğlu Nəsirovdur. Onun keçmiş polis əməkdaşı
olduğu bildirilir.

***

Bakıda "Qara Qarayev" metro stansiyası yaxınlığında dəhşətli
yol-nəqliyyat hadisəsi baş verib. İki sərnişin avtobusu toqquşub, nəticədə
1 nəfər ölüb, bir neçə nəfər isə xəsarət alıb.
 
APA TV-nin xəbərinə görə, hadisəyə səbəb 62 saylı xətt marşrutu üzrə
hərəkətdə olan marşrut avtobusunun işıqforun qırmızı işığında dayanmayıb,
hərəkətini davam etdirməsi olub. Avtobus 36 saylı xətt avtobusu və "Nissan”
markalı minik avtomobili ilə toqquşub. Zərbənin  təsirindən  62 saylı
avtobusda olan sərnişin Asif Nəsirov pəncərədən yerə düşüb və elə oradaca
keçinib.
 
Hadisə şahidi olayı belə xatırlayıb: "Mən buradan gəlirdim. Balaca maşınla
işıqforda qırmızı işıqda gözləyirdim. Yol da bağlı idi. Körpüdə yol bağlanmışdı,
ona görə sıxlıq idi. Maşınlar da ikinci yolun maşınları idi. Hamısı gözləyirdilər ki,
orada yolda sıxlıq yaratmasınlar. Bu 62 nömrəli marşrut üçüncü yoldan
gördü ki, yol bağlıdır, qabaqdan körpünü bağlayıblar, ağıllı tərpəndi guya,
fırlandı buradan ki, belə keçsin, hara gedir getsin. Bu yol açıqdır. Oradan da
36 nömrəli avtobus nə bilsin ki, oradan maşın gəlir? Gəlib vurdu onun
arxasından, fırladıb atdı".
 
Qəza zamanı həyatını itirən Asif Nəsirovun oğlu isə deyib ki, atası keçmiş
polis əməkdaşı olub: "Hadisə 62 saylı avtobusun səhvindən oldu. 62 saylı
avtobusun sürücüləri düzgün işləyə bilmirlər. O boyda yolu qoyub 30 saniyə
qırmızını gözləyə bilmədi, gəldi girdi 36 saylı avtobusa. 36 da öz yolu ilə gəlirdi".
 
Qəza nəticəsində 12 nəfər müxtəlif bədən xəsarətləri ilə 3 saylı şəhər Klinik
Xəstəxanasına yerləşdirilib. Onlardan 8 nəfər - 1994-cü il təvəllüdlü Nərmin
Mirzəzadə, 1960-cı il təvəllüdlü İlqar Səfərov, 1983-cü il təvəllüdlü Sənubər
Seyidli, 1985-ci il təvəllüdlü Zahir Qurbanov, 1992-ci il təvəllüdlü Vüsal Nəsirov,
1965-ci il təvəllüdlü Çingiz Zahidov, 1999-cu il təvəllüdlü Yusif Quliyev, 1986-cı il
təvəllüdlü Ruslan Mustafayev ilkin tibbi yardım göstərildikdən sonra evə
buraxılıb. Digər dörd nəfər - 1986-cı il təvəllüdlü Emil Səmədov, 1961-ci il
təvəllüdlü Münəvvər Xəlilova, 1980-ci il təvəllüdlü Rafael Musayev və
1981-ci il təvəllüdlü Sadiq Ağayev xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.
 
Həkim-travmatoloq Ədalət Abdullayevin sözlərinə görə, onların vəziyyəti orta-ağır
qiymətləndirilir. Hazırda onların müayinə və müalicələri davam etdirilir.
 
Hüquq-mühafizə orqanları hadisə yerində araşdırmaları davam etdirir.


 


 

 








Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300