Sumqayıtda
Abşeronun icra başçısı Zakir Fərəcov Sumqayıta başçı təyin olunanda camaat sevinmişdi ki, Sumqayıtda yaşayan icra başçısı əvvəlkindən daha yaxşı olacaq. Amma bu sevinc çox çəkmədi. Başçının 100 günü tamam olmamış şikayət şikayətin ardınca gəldi ki, başçı sökür, başçı dağıdır və s. 

İndi də abadlaşdırma adı ilə sakinlərin illərlə əkib-becərdiyi yaşıllıqları dağıdılır. Təbii ki, hamısı yox. Yenilik.az-a daxil olan məlumata görə, Sumqayıt şəhərindəkiu 11-ci mikrorayona 1 həftə əvvəl xəbər yayılıb ki, qeyri-qanuni çəpərlər söküləcək. Camaat da düşünüb ki, abadlaşdırma olacaqsa, nümunəvi məhəllə yaradılacaqsa, niyə də olmasın? 

Amma məlum olub ki, həmişə olduğu kimi yenə də kim "hörmət” edəcəksə "çəpər əməliyyatı”ndan kənarda qalacaq. Və belə də olub. Bu gün yayılan informasiyada deyilir ki, səhər tezdən İcra Hakimiyyətinin nümayəndəsi Elxan Mansurzadə və MİS-in rəisi Sumqayıt şəhəri, 11-ci mkirorayon, 26 saylı binanın arxasındakı hasarları sökdürməyə başlayıb. Sakinlərin "niyə hamısı sökülmür" sualına cavab olaraq isə bildirilib ki, bu ərazi plana düşüb.  

İndi sakinlər həm də ona görə narahatdır ki, adıçəkilən ərazinin hansısa MTK-ya göydələn tikintisi üçün satıldığını eşidiblər. Bu xəbər doğru çıxsa, ətrafdakı binalar qəza vəziyyətinə düşə bilər. 
 
ULUYOL.İNFO

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300