Baytar necə general oldu? -
Azərbaycanda bir çox məmurların təhsilinə, bacarığına və digər üstün cəhətlərinə görə vəzifəyə təyin olunmadığını desək, yəqin ki, Amerika kəşf etmiş olmarıq. Hamıya məlum olduğu kimi yüksək vəzifə tutmaq üçün yaxşı pulun və birdə sözü hər yerdə keçən "day-dayın" olmalıdır. Bu iki üstünlüyə sahibsənsə, istənilən vəzifəni, hətta nazir postunu tuta bilərsən.

Belələrindən biri də Dövlət Gömrük Komitəsinin sədr müavini Nazim Xeyrulla oğlu Məmmədovdur. General-leytenant rütbəsi daşıyan 65 yaşlı bu məmurun tərcümeyi-halına nəzər yetirmək kifayətdir ki, onun bu boyda vəzifəyə necə gəlib çıxdığını görəsən. Bunun üçün isə özünüzü yormağa ehtiyac yoxdur. Dövlət Gömrük Komitəsinin saytında "rəhbərlik" bölməsinə daxil olmaqla hər şeyin şahidi ola bilərsiz. Beləliklə...

Nazim Xeyrulla oğlu Məmmədov 1951-ci ilin 8 oktyabrında Naxçıvan Muxtar Respublikasının Ordubad şəhərində dünyaya gəlib. Əmək fəaliyyətinə 1973-cü ildə Ordubad şəhərində baytarlıq stansiyasında başlayıb. 1976-1995-ci illərdə Ordubad şəhərində müxtəlif təşkilatlarda çalışıb.

Karyerasındakı yüksəliş isə 1995-ci ildən - Dövlət Gömrük Komitəsində fəaliyyətə başlayandan sonra başlayıb. Görünür qəhrəmanımız ali təhsili olmadığından vəzifə pillələrində yüksələ bilməyəcəyini anlayıb və təhsil almaq qərarına gəlib. Və o, 1998-ci ildə - nə az, nə çox, düz 48 yaşında Təfəkkür Universitetinin hüquq fakültəsindən məzun olub. 2007-ci ilin 28 dekabrında isə Dövlət Gömrük Komitəsi sədrinin müavini vəzifəsinə təyin edilib. 

Tərcümeyi-halda göstərilməyən başqa maraqlı və vacib bir məqam: Nazim Məmmədov Dövlət Gömrük Komitəsinin keçmiş sədri Kəmaləddin Heydərovun sürücüsü olub. Yəqin ki, hər kəs üçün onun vəzifə pillələrində yüksək sürətlə irəliləyərək sədr müavini və general-leytenant rütbəsi almasının səbəbi aydınlaşdı.

Yeri gəlmişkən, Nazim Məmmədovun tərcümeyi-halı sosial şəbəkələrdə yayılandan sonra Dövlət Gömruk Komitəsinin rəsmi saytında onun üçün ayrılmış "bölmə"yə əl gəzdirilib. Belə ki, tərcümeyi-halda "1999-cu ildə Təfəkkür Universiteti"nin hüquq fakültəsini bitirmişdir" bəndi çıxarılıb. Bununla da komitə rəhbərliyi guya bəzi faktları gizlətməyə çalışıb. Amma dəyişiklikdən əvvəlki tərcümeyi-hal bizdə var. Hər iki varitantı təqdim edirik.

Dəyişiklikdən əvvəl


Dəyişiklikdən sonra


Qaynar.info

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300