Bakıda 4 nəfərin ölümü ilə nəticələnən yol qəzası olub

 

Bakıda 4 nəfərin ölümü ilə nəticələnən yol qəzası olub.

"Report”un məlumatına görə, hadisə Qala-Pirallahı yolunun 14-cü kilometrliyində qeydə alınıb. Namiq Zülfüqarovun idarə etdiyi "Chevrolet” markalı, 90 RR 974 dövlət nömrə nişanlı avtomobil Ümid Alxasovun idarə etdiyi "Kamaz" markalı, 27 BM 301 dövlət qeydiyyat nişanlı yük maşını ilə toqquşub. Qəza nəticəsində minik avtomobilinin sürücüsü və sərnişinləri - Cəlilov Tərlan Zakir oğlu, Qarayev Şahin Canəhməd oğlu və Qarayev Anar Qərib oğlu hadisə yerində ölüblər. Digər sərnişin Qəribov Emin Qəribşah oğlu isə xəsarətlə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Pirallahı rayon Polis İdarəsinin istintaq şöbəsində cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300