Tarixin ən böyük haker hücumu gerçəkləşib: 500 milyondan çox adamın...

 

Dünyada ən böyük otellər şəbəkəsi olan "Marriott İnternational”a qarşı tarixin ən böyük haker hücumu həyata keçirilib.

Belə ki, 2014-cü ildən, 2018-ci ilin sentyabr ayına qədər oteldə nə qədər insan qonaq olubsa, hamısının pasportlarının nömrəsi, adları və e-mail adresləri ələ keçirilib.

Şirkətdən verilən açıqlamaya görə, hakerlər şirkətin "Starwood” markasının məlumat bazasına qanunsuz giriş ediblər. Nəticədə 2014-cü ildən, 2018-ci ilin 10 sentyabrına qədər otelə gələn bütün qonaqların şəxsi məlumatlarını ələ keçirməyə nail olublar.

Ələ keçirilən bilgilər arasında olduqca gizli məlumatların da yer aldığı bildirilir. Bundan başqa, şirkətin verdiyi açıqlamaya görə, bilgiləri ələ keçirilən müştərilərin sayı 500 milyondan çoxdur.

 

"Marriott İnternational”dan verilən açıqlamaya görə, baş vermiş hadisədə oteldə çalışanların da əlinin olduğu ortaya çıxıb. Lakin istintaq davam etdiyi üçün onların adları mediaya açıqlanmır.

Şirkətin yüksək səlahiyyətli şəxsi olan Arne Sorenson bildirib ki, bu cür olayın yaşanması şirkət rəhbərliyinə olduqca pis təsir edib:"Bütün zərər çəkən müştərilərimizdən üzr istəyirik. Onların hər birinə bildiririk ki, baş verən hadisə bizə gələcəkdə bu kimi səhvləri etməmək üçün böyük dərsdir”.

 

Xatırladaq ki, "Marriott İnternational” 2016-cı ildə "Starwood” şirkətini 12.2 milyon dollara alaraq, dünyanın ən böyük otel zəncirinin sahibi olub.

Toğrul İsmayıl, musavat.com

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300