Xalq şairi Zəlimxan Yaqubun vəfatından sonra Azərbaycan Aşıqlar Birliyi sədrinin kreslosu boşdur. Artıq Z.Yaqubun vəfatından 40 gün ötdüyündən bu vəzifəyə aşkar-gizli iddialılar ortaya çıxmaqdadır. 


Gəzən söz-söhbətlərə görə, sədrlik iddiasında olanlardan biri də professor Məhərrəm Qasımlıdır. Bu haqda məlumat verən mənbənin sözlərinə görə, əslində Məhərrəm Qasımlı AAB-nin birinci katibi olduğundan bəlkə də, burda qeyri-adi bir şey yoxdur. Çünki o, həm də folklorşünasdır. 

Amma məsələ burasındadır ki, son illərdə M.Qasımlının da səhhətində ciddi problemlər yaranıb. 2014-cü ildə hətta aylarla xəstəxanada yatıb. Hazırda da ciddi həkim nəzarətindədir. Elə xəstəlik səbəbindən də "Mədəniyyət” kanalında apardığı verilişi dayandırmalı olub. 

Aşıqların əksəriyyətinin də fikri budur ki, M.Qasımlı bu vəzifəyə layiq olsa da, sadəcə olaraq belə bir ağır və məsuliyyətli işin altına girməsi mümkünsüzdür. Çünki əvvəla, o, AMEA-nın Ədəbiyyat İnstitutunun direktor müavini kimi çox məsul bir vəzifəni də daşıyır, bir neçə ali məktəbdə dərs deyir. Digər tərəfdən də səhhətində ciddi problemlər var. Ona görə də aşıqların əksəriyyəti M.Qasımlıya hörmətlərini ifadə etməklə yanaşı, onun indiki halda bu vəzifənin məsuliyyətini daşıyacaq durumda olmadığını bildirilər.

Bir müddət əvvəl M.Qasımlının səhhətiylə əlaqədar bu vəzifəni qəbul etmək istəmədiyi bildirilsə də, son günlər onun daha bir vəzifəyə yiyələnmək həvəsində olduğu üzə çıxır. Bu işdə ona Mədəniyyət və Turizm Nazirliyindəki dostları himayədarlıq edirl. Mədəniyyət və Turizm Nazirliyindən aşıqların rəyini nəzərə almadan M.Qasımlını sədr etmək istəyənlər var ki, bu da sonunda aşıqların ciddi narazılığına səbəb ola bilər. Aşıqlar isə istəyir ki, bu vəzifəyə daha gənc və enerjili, sənəti bilən, təşkilatçılıq qabiliyyəti yüksək olan, aşıqlar tərəfindən qəbul ediləcək biri seçilsin.

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300