Abşeronda Lisenziyasız tədris mərkəzi adı altında fəailiyyət göstərən "Sevinc sarayı"
Masazır qəsəbəsi yeni Bakı şəhərciyində 4nömrəli məktəbin
yani 2ci binada yerləşən "Sevinc sarayı "tədris hazırlıq kursu kimi
qeydiyyatdan keçən mərkəzdə körpələr üçün bağça fəaliyyət göstərir. Adı çəkilən
tədris mərkəzində artıq qeyri qanuni işə götürmə , çoxlu sayda uşaq cəlb etmə
üçün peşəkarlar çalışır.
Etibarlı mənbə bildirir ki, 1000 manat 3000manat arasında sövdələşmə ilə işə qəbul
edilir. Fotogörüntülərdən məlum olur ki, körpələr üçün oyun və tədris ləvazimatları, fərdi hazırlanmış qida və yatacaq üçün çarpayılar var.
Belə ki, eyni zamanda, bağça kimi fəaliyyətini davam etdirən bu məkanın
lissenziyasız fəaliyyətindən Abşeron rayon Təhsil şəbəsinin müəyyən məlumatı
var. Amma RTŞ müdiri bu fəaliyyəti hansı maraqlar hesabına dəstəklədiyi sual altındadır.
Belə ki, maraqlı mənbə bildirir ki, hətta adı çəkilən mərkəzin vergidən
yayınma kimi də halları müşahidə olunur, kimlərəsə arxayın olub,
"şirinliklər" hesabına açıq aşkar özfəaliyyəti ilə məşğuldur. Adi təhsil
işçisinin neqativ hərəkətləri Dövlət tərəfindən nəzarətə götürülsə də, bu qeyri
qanuni Lisenziyasız Uşaq bağçası necə deyərlər gözdən uzaq , könüldən kənardadı.
Artıq valideynlərin ciddi diqqətinə yönəlmiş qeyri qanuni bu tədris mərkəzində ətrafda
fəaliyyət göstərən bağçalardan aşağı qiymətə qəbulu, və fərqi bir daha sübut
edir ki, şirnikləndirmə ilə fərqlilik hansısa etibarlı və güvənlilik körpələrin
sağlamlığını sığortalamır.
"Təhsil müəssisələrinin, o cümlədən bağçaların fəaliyyətinə dair lsenziyaların verilməsi müvafiq dövlət qurumu tərəfindən həyata keçirilir. Bu zaman Azərbaycan
Respublikası Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilmiş təhsil müəssisələrinin
tikintisinə, maddi-texniki təchizatına dair vahid normalar, ümumi- sanitariya
gigiyena tələbləri, körpələr , şagird yerləri ilə təminat normativlərinə
uyğunluğu Təhsil Nazirliyinin ekspertləri tərəfindən yoxlanılır.
O ki qaldı yeni Bakı şəhərciyində fəaliyyət göstərən "Sevinc sarayı” uşaq
bağçası ilə bağlı məsələyə, onu deyə bilərik ki, belə müəssisələr lisenziyasız
qeyri-qanuni fəaliyyət göstərə bilməz.
Bakı Şəhəri Təhsil İdarəsindən isə hər zaman olaraq belə qətiyyətli açıqlama
verilib ki, "Adıçəkilən kurs adı ilə fəaliyyət göstərən xüsusi obyektlərin səlahiyyət
baxımından, qeyri və ya qeyri rəsmi sənədlərindən dəqiq məlumat əldə edilsə təcili
və təxirəsalınmaz addımlar atılır.
Valideynlərin nəzərinə çatdırırıq ki, "Təhsil Nazirliyi sanitar normalara
cavab verən, bağça üçün şəraiti olan yerdə məktəbəqədər müsəsisənin fəaliyyət
göstərməsi üçün lisenziya verir. Əgər ev tipli yerlərdə bağçalar açılıbsa,
hesab edin ki, onlar lisensiyasız, qeyri-qanuni fəaliyyət göstərən müəssisələrdir.
Bu gün Təhsil Nazirliyinin lisenziyasını alıb qanuni fəaliyyət göstərən çoxlu
sayda məktəbəqədər müəssisə var.
"Onlar ya xüsusi tikilmiş binalarda və təmizliyə sanitar gigiyenaya tam təminatlı
ərazidə olmalıdı.
Qanunsuz fəaliyyət göstərən bağçalarla bağlı rəsmi olaraq aidiyyati orqanlara məlumat
verildikdə dərhal həmin məkan nəzarətə götürülməli və qeyd edilən Nəzarət
komissiyası təşkil edilməlidi. Bu çox ciddi və önəmli mərhələdi. Çünki
bağçalarda körpələr və onların sağlamlığı mənşəyi məlum olunmayan ucuz
qidalarla ev şəraitində hazırlanan rasionlara gigiyenaya nə qədər uyğun gəldiyindən
xəbərsizik.
Beləliklə qanunsuz fəaliyyət göstərən müsəssisələrlə Vergilər Nazirliyi və digər
qurumlar məşğul olur, biz sadəcə olaraq bizə daxil olan informasiyanı vaxtında
çatdırırıq ki, belə müəssisələr varsa, onların lisenziyası yoxdur və
qeyri-qanuni fəaliyyət göstərirlərsə aidiyyatı qurumlar araşdırsın.
Çünki qanunsuz fəaliyyət göstərən bağçalarla bağlı vətəndaşların etdikləri
müraciətlərdən belə qənaətə gəlmək olur, məhz qarşısı alınsa da təəssüf ki, belə
müəssisələrin hər gün artdığını bildiririk.
"Biz hər gün eşidirik ki, evdə və ya hardasa kirayə yolu ilə yer götürüb müəssisə
işlətmək istəyirlər.
Sözsüz onlara qarşı ciddi addımlar atılır, onların fəaliyyətinin dayandırması
haqqında lazımı məlumatları lazımı orqanlara çatdırırq.
Lisenziya Dövlətin rəsmi sənədi, sizin isə güvənli və məsuliyyətli işgörməniz ,
gələcəyimiz olan körpələrin isə sağlam , gigiyenik şəraitdə , etibarlı , ciddi
nəzarətdə inkişafı deməkdir.
Rəsmi qurumlar olan Təhsil Nazirliyi və Bakı Şəhəri Təhsil İdarəsinin , Abşeron
RTŞ və adı çəkilən Tədris mərkəzinin mövqeyini dərc etməyə hazırıq.//Ria24.az
Uluyol.az