azenkodan shikayetci
"Azərenerji”yə tabe olan "Azenco” ASC-də bu ilin yanvarın 5 -də ixtisara düşən Nicat Hüseynov Qaynar.info-nun saytına şikayət məktubu ünvanlayıb.

Şikayətçi öz halal pulunu şirkətdən ala bilmədiyini və hazırda işsiz olduğu üçün ağır sosial problemlərlə üz-üzə qaldığını bildirir.

Məktubu oxucularımıza təqdim edirik:

"Salam, hər vaxtınız xeyirli olsun. Həmişə olduğu kimi müstəqil mətbuat bizim hüquqlarımızı qoruyan yeganə ümid yerimizdir. Hansı dövlət orqanına müraciət etsək də, əlacımız yenə sizdə olur.

Mən Hüseynov Nicat Xudaverdi oğlu 2016 cı il yanvarın 5i "AZƏRENERJİ”yə tabe olan "AZENCO” ASC dən işdən çıxarılmışam.İşdən çıxarılmışam dedikdə,diyərləri kimi öz xahişimlə  işdən çıxmaq ərizəsi yazmağa məcbur edilmişəm. Belə hazır (şablon) ərizələr tarixi qoyulmamaq şərti ilə hər bir işçiyə imzalatdırılıb.

İki aydır ki, işdən çıxmağıma baxmayaraq mühasibatlıq mənimlə haqq-hesab etmək istəmir. Cavabları da odur ki, pulumuz yoxdur, get  nə edirsən et.

İdarənin mənə 3 minə yaxın borcu qalıb. 2015 ci il dekabr ayınin əmək haqqı, tam 13 aylıq ezamiyyə pulum və 7 ilin məzuniyyət pulu mənə verilmir. Ümumiyyətlə, əmək məcəlləsinin aşağıdakı maddələri kobud şəkildə pozulmuşdur; Maddə 69, bənd 7; Maddə135,bənd 1,2; Maddə 144, bənd 2; Maddə 172, bənd 4,5; Maddə 178, bənd 1; Maddə 195, d)

Məni 7 il məzuniyyətsiz işlədib, istismar ediblər. Heç olmasa indi o 7 ilin məzuniyyət pulunu verin. Sosial kartıma da pul tam köçürülməyib. 2013 və 2015-ci illərin pulu qeybə çəkilib. Əlbəttə ki, hüquqlarımı qoruya biləcək bütün dövlət orqanlarına müraciət etmişəm... Yəqin onların daha vacib işləri var.

Hələ ki, iş tapa bilmirəm. Hal hazırda Lənkəranda yaşayıram. Bir az da belə getsə Heydər Əliyev adına mərkəzi parkda özümə od vurub yandıracağam. Xahiş edirəm hüquqlarımın bərpa olunmasında mənə köməklik edəsiniz".

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300