Modern.az saytı Müsavat Partiyasının lideri İsa Qəmbərlə FOTOSÖHBƏT layihəsini təqdim edir. 
İsa Yunis oğlu Qəmbər 24 fevral 1957-ci ildə Bakı şəhərində anadan olub. 1964-74-cü illərdə 62 saylı Bakı şəhər orta məktəbində təhsil alıb.

1974-cü ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Tarix fakültəsinə daxil olub, 1979-cu ildə oranı bitirib.

1979-82-ci illərdə Azərbaycan EA Naxçıvan Elm Mərkəzində, 1982-90-cı illərdə Şərqşünaslıq İnstitutunda kiçik elmi işçi, elmi işçi vəzifələrində çalışıb. Geniş ictimaiyyət tərəfindən 1985-ci ilin yanvarından Zori Balayanın "Ocaq" kitabına yazdığı cavabla bağlı tanınsa da, fəal siyasətə 1988-ci ildən qoşulub. Akademiyada işləyərkən İran, Türkiyə və Yaxın Şərqdəki siyasi prosesləri geniş mütailə və tədqiq edib, Qərb ölkələrinin siyasi həyatı ilə maraqlanıb. "1978-79-cu illər İran inqilabı" mövzusunda dissertasiya işi yazıb.

AXC-nin yaradıcılarından biri, ilk İdarə Heyətinin  üzvü, 1990-91-ci illərdə AXC təşkilat şöbəsinin müdiri, sonra sədr müavini olub.

1990-cı ildə xalq deputatı seçilib. 1991-ci ildə Azərbaycan Ali Soveti Milli Şurasında Xarici İşlər komissiyasına sədrlik edib. 1992-ci ilin may ayında Ali Sovetin sədri seçilib. 1992-ci il may-iyun aylannda Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini icra edib.

1992-ci ilin noyabr ayında Müsavat Partiyasının başqanı seçilib. 
2003-cü ildə "Bizim Azərbaycan” blokunun prezident seçkilərində vahid namizədi olub. Prezident seçkilərinin rəsmi nəticələrinə görə, 8 namizəd arasında 13.97% səs toplayaraq 2-ci yeri tutub.

İsa Qəmbər Müsavat Partiyasının 27.09.2014-cü il tarixində keçirilən qurultayında başqanlıqdan gedib.

Hazırda Milli Strateji Düşüncə Mərkəzinin sədridir.

Evlidir, iki oğlu var.





Subaylığa əlvida...


20 yanvar qətliamı qurbanlarının dəfnində...






Azərbaycan Xalq Cəbhəsinin fəalları Etibar Məmmədov, Tofiq Qasımov, İsa Qəmbər...




Həcc ziyarətində...






Azərbaycan Ali Sovetinin sədri kimi Naxçıvanda...




Həbsdə olduğu zaman azadlığa buraxılması üçün çəkilən plakat.


















Ailə bir dəyərdir...










Heydər Əliyev hakimiyyətininin müxalifəti...

















"Dövlət quşu"


2003-cü ilin prezident seçkiləri öncəsi... 


2003-cü ilin seçkilərinə az qalıb...


Səsvermədə...

"Dövlət quşu"...


Görkəmli şair Ramiz Rövşənlə...


ABŞ-ın Azərbaycandakı eks-səfiri Enn Dörsi ilə görüşərkən..


Politoloq Vəfa Quluzadə ilə maraqlı söhbət...


Türkiyə səfirliyində keçirilən Zəfər törənində...


Rəsulzadənin abidəsi önündə...


Əqidə yoldaşları...


Müsavatın mitinqində...


Hamı xeyir işə yığışıb... 


Övlad toyu...


İş masası arxasında...


"O xanım mənim yarımdır"

Modern.az

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300