Masallı rayon sakinləri ölkənin cənib bölgəsində baş verən sel fəlakətinə görə icra struktukturlarını günahlandırır.


Uluyol.info AzNews.az-a istinadən xəbər verir ki, Masallı rayon sakini Rüfət Baxışbəyli şikayət edib. O, son 20 ildə hər il bu vaxtlarda çayların daşaraq əhaliyə və dövlətə ziyan vurduğunu, icra strukturklarının isə heç bir addım atmadığını bildirib: "Masallı rayonunun Hacıtəpə kəndindən keçən Ağ Qobu çayı məcrasından çıxıb, evləri, əkin sahələrini və yolları basıb. 300 ildən yuxarıdır insanlar bu çayın o tay-bu tayında yaşayır. Son 20 ildə isə bu çay hər il beləcə daşır və xalqa ziyan vurur”.

R.Baxışbəyli kəndin su altında qalmasının səbəbini belə izah edib: "Qeyri-düzgün bəndləmə aparılması və icra strukturlarının etinasızlığı əhalini bədbəxt edir. Təbii yolla yaranmış çayları nə qədər o tərəf-bu tərəfə "dartışdırmaq” olar? Nə qədər qarşısını kəsmək olar? İnsanlara qarşı bu qədər etinasızlıq olmaz”.

Qeyd edək ki, oktyabrın 30-da Azərbaycanın Cənub bölgəsinin əksər rayonları təbii fəlakət zamanı sel sularının altında qalıb. Nəticədə isə rayonlara böyük ziyan dəyib.

Qeyd edək ki, yağışın rayonlar da sabah da davam edəcəyi proqnozlaşdırılır. 

Bahar RÜSTƏMLİ 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300