Tarixin gedişatını dəyişəcək kəşf- Nuhun gəmisinin qalıqları İranda tapıldı

İranın "Bible Archaeology, Search & Exploration Institute" İncil araşdırmaları və arxeologiya institutu yeni açıqlama verib.

Uluyol.az  "ölkə.az"-a istinadən bildirir ki, açıqlamaya əsasən, Nuh Peyğəmbərin gəmisinin qalıqlarının tapıldığı ehtimal edilir.

Daşlaşmış qədim taxta parçaları Təxti Süleyman dağında tapılıb. Dağ İranın şimali-qərbində, Tekab şəhəri yaxınlığındadır.

Nuh Peyğəmbərin gəmisinin axtarışları İncil tədqiqatçılarının ən məşhur mövzularından biridir. Gəmi Nuh tərəfindən Tanrının əmri ilə ailəsi və dünyadakı canlılar üçün inşa edilib. Subasma zamanı Nuh və ailəsi xilas olur və sonra isə planeti insanlar və heyvanlarla təmin edir.

İncilə əsasən, Nuhun gəmisi Türkiyə ərazisindəki Ağrı dağına dəyib və dayanıb. Ağrı dağda bir neçə dəfə gəminin qalıqlarının tapılması barədə xəbərlər çıxsa da, dəqiq sübutlar əldə edilməyib. Bir neçə gün əvvəl isə, sözügedən institutun çəkdiyi fotolar internetə sızıb.

Təxti Süleyman dağında tapılan daşlaşmış ağaclar strukturuna görə taxta bloka oxşayır. Bloklar 4 km hündürlükdə tapılıb və laboratoriya analizləri sübut edib ki, bu, həqiqətən də daşlaşmış taxtadır.

Bununla yanaşı, taxta bloklar tapılan ərazidə ağac bitmir. Ən yaxın bitki örtüyü 2 km aşağıda yerləşir. Bu isə bu blokların əraziyə təsadüfən düşməməsindən xəbər verir. Bundan başqa ağac bloklarda dəniz dərinliklərində yaşayan canlıların mikroskopik izləri aşkar edilib. Bu isə taxta blokların nə vaxtsa dənizdə üzdüyündən xəbər verir.

Bundan başqa tədqiqatçılar bildirirlər ki, bloklar elə formada yığılıb ki, böyük gəmini xatırladır. Gəminin uzunluğu 122 metrdir. Alimlər 100 faiz əmindirlər ki, məhz bu taxta bloklar Nuhun gəmisinin qalıqlarıdır. Hazırda tədqiqatlar davam edir.

 

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300