Almaniyada təkcə 2017-ci ildə 140 min qadın zorakılığa məruz qalıb

 

Günahkarların əksəriyyəti isə hamının düşündüyü kimi miqrantlar deyil, almanların özləridir

Zorakılıq, təcavüz, qətl.. Almaniya Cinayət polisinin "2017-ci ildə məişət zorakılığı ilə bağlı kriminal statistikası”nın yaydığı məlumata əsasən, ölkədə 140 min qadın göstərilən cinayət əməllərinin qurbanı olub.

Onlardan 147-i isə öldürülüb.

"Qadınların bir çoxu üçün yaşadıqları ev qorxu dolu, təhlükəli məkana çevrilib”,- deyə Almaniyanın ailə məsələləri üzrə naziri Fransiska Giffi ölkənin "Die Welt” qəzetinə bildirib.

Qəzetin məlumatına əsasən, ölkədə məişət zorakılğı şəraitində həyata keçirilən cinayət qurbanlarının 82%-i qadınlardır. Onların ən az yarısı cinayətkarlarla bir evdə yaşayıblar.

Real rəqəmlər isə rəsmi məlumatdan daha çoxdur. Özü də bunu federal nazir deyir. Xanım nazir ev zorakılığının həlledici faktorunun miqrantlar olması fikri ilə də razılaşmır. Cinayətkarlaırn 68%-i milliyətcə almanlardır.

Ədliyyə naziri Katrina Barlinin sözlərinə görə, hələ əldə olan məlumatlar qurbanların polisə müraciət etməsi sayəsində gəlib. O, bunun üçün polislə əməkdaşlığın vacib olduğunu söyləyir.

"Ölkədəki hər üç qadından birinin zorakılıqla üzləşdiyi bir məqamda onların sadəcə 20%- kənardan kömək axtarır”,-məqalədə qeyd olunur.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300