Xocalı qətliamının ilk şahidi - ukraynalı pilot Bakıya gəlir (video)
Xocalı qətliamının ilk şahidi, jurnalistləri bu vəhşiliyin törədildiyi yerə helikopterlə aparan
ukraynalı pilot Kraveç Leonid Markoviç sabah Bakıya gələcək. Bu barədə məlumatı
Azadinform-a Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun sədri, Türk Şurasının
Ukraynadakı baş koordinatoru Hikmət Cavadov verib. 

H.Cavadov bildirib ki, Kraveç Leonid Markoviç fevralın 24-27 tarixlərində
Bakıda UABD-nin Xocalı qətliamına həsr olunmuş silsilə tədbirlərində iştirak
edəcək. O, Azərbaycana səfərini Fəxri Xiyabanda Ümummilli lider Heydər
Əliyevin məzarını və Şəhidlər Xiyabanını ziyarətlə başlayacaq. Daha sonra
onun UABD sədri Hikmət Cavadovun müşayiəti ilə Hərbi Prokurorluqda,
Diasporla iş üzrə Dövlət Komitəsində və BDU-da görüşləri olacaq. 


Fevralın 25-də saat 11:00-da Kraveç Leonid Markoviç Beynəlxalq Mətbuat
Mərkəzində  jurnalistlər üçün brifinq keçirəcək, Xocalıda gördüklərini
danışacaq. Mətbuat konfransının ardınca UABD-nin təşəbbüsü ilə
Ukraynadan gətirilmiş və Xocalı soyqırımından bəhs edən rəsm
əsərlərinin sərgisi təşkil olunacaq. Əsərlərin müəllifi – Ukrayna Rəssamlar
İttifaqının üzvü və UABD-nin fəallarından Rasim Seydimov çəkdiyi əsərlər
haqqında geniş məlumat verəcək.

Kraveç Leonid Markoviç "Cəhənnəmi görmüş pilot” sənədli filminin
təqdimatında da iştirak edəcək. Film Leyla Əliyevanın təşəbbüsü ilə
"Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində hazırlanıb.
Layihənin  müəllifi və rəhbəri UABD-nin sədri Hikmət Cavadov, rejissoru
isə Elmar Məlikovdur.

Fevralın 27-də Kraveç Leonid Markoviç Azərbaycan KİV nümayəndələrilə
Gəncə şəhərinə səfər edəcək. 

Qeyd edək ki, Kraveç Leonid Markoviç Gəncədə hərbi xidmədtə olub,
yaşayıb və məhz 24 il əvvəl Xocalıya Gəncədən uçub.

 
 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300