Gəncədə bina partlamasının sirləri – ELMİ-LƏDUN İŞIĞINDA

"And olsun ki, Allah bunları hesablamış və təkrar-təkrar saymışdır”. Quran, 19:94

Xəbər verildiyi kimi, dünən (20 noyabr) Gəncədə yaşayış binasında partlayış baş verdi. Hadisədə dünyasını dəyişənlərə Allahdan rəhmət, yaralılara isə, şəfa diləyərək, bir neçə sirri sizlərlə bölüşmək istəyirəm. Elmi-lədun hesablamalarımız göstərir ki, bu faciyə, sıradan bir partlayış olmayıb, yolun azmış millətimizə və onun zülm etməkdə həddi aşan rəhbərlərinə ALLAHDAN növbəti kodlaşdırılmış xəbərdarlıqdır. Bunu sübut etmək üçün aşağıdakı hesablamaları diqqətinizə çatdırıram.
Hesablamalarımız göstərir ki, bu faciyəvi hadisə, Azərbaycanda daha əvvəllər baş verən faciyələrlə riyazi şəkildə bağlanır və onların davamıdır. Məsələn:

1) Hadisənin Xızıda silah anbarında baş verən partlayışla riyazi əlaqəsinə fikir verək. Xatırladım ki, bu il fevralın 6-da MSN-nin Xızıda yerləşən silah bazasında partayış baş verdi (həmin tarixdə hadisənin sirləri barədə hesablama paylaşmışam). Dünən Gəncədə yaşayış binası partlayanda, həmin hadisənin 286-cı (!) günü idi ki, bu da Quranın kodu olmaqla, hadisənin ALLAH tərəfindən xəbərdarlıq mesajı olmasına birinci sübutdur (əvvəllər qeyd etdiyim kimi, Kəbədə saxlanan orjinal Quran 286 səhifə olmaqla, bu ədəd Allahın kodlaşdırılmış möhürü olaraq, bütün faciyəvi hadisələrin üzərinə vurulur).

2) Dünən baş verən faciyə, astronomik xəbərdarlıq olan Ay tutulması ilə də riyazi şəkildə bağlanır. Belə ki, dünənki tarix 28 iyulda baş verən Ay tutulmasının 114-cü (!) günüdür ki, bu da Quranın surələrinin sayı olmaqla, hadisənin millətimizə və rəhbərlərimizə ALLAHDAN xəbərdarlıq olmasına ikinci sübutdur.

3) Gəncədəki faciyədə diqqət çəkən digər məqam, onun Bakıdakı metro qəzası ilə riyazi şəkildə bağlanmasıdır. Xatırladım ki, keçən il aprelin 24-də (ilin 114-cü günü) metroda qəza baş verdiyindən, insanlar 10 dəqiqə qaranlıq tuneldə qaldılar ki, bu da böyük həyəcana səbəb oldu. Dünən bu həyəcanın 572-ci günü idi ki, bundan da Quranın kodunu (286) çıxanda, yenə də müqəddəs kitabın səhifələrinin sayı alınır və hər iki hadisənin əlaqəli, ALLAHDAN xəbərdarlıq olması barədə söylədiyimiz fikri bir daha təsdiq edir:

572 – 286 = 286

4) Hesablamalarımız göstərir ki, dünən yaşayış binasında baş verən faciyə, Xızıdakı partlayışla əlaqələndiyi kimi, Şirvanda silah zavodunda baş verən partlayışla da bağlanır və onların davamı olduğunu sübut edir. Xatırladım ki, 2016-cı ilin 26 iyulunda Şirvan şəhərində silah zavodunda partlayış baş verdi. Zülmün tüğyan etdiyi və tez-tez silah (!) səsi eşidildiyi Gəncə şəhərində bina partlayanda, həmin silah (!) zavodundakı partlayışın 841-ci günü idi. Bundan Quranın kodunu (286) çıxsaq, alınan ədəd tövbə və cəza rəmzini (555) göstərir və insanların tövbə edərək, günahlardan çəkinməsinə və haqsız yerə silah işlətməməsinə işarə verir:

841- 286 = 555

Onu da qeyd edim ki, dünən bina partlayanda, episentri Saatlıda baş verən (11.05.17) və ölkəni həyəcana salan zəlzələnin 555-ci (!) günü idi.

5) Oxucuda sual yaranacaq: niyə məhz Gəncə? Bu xəbərdarlıq mesajı başqa bir rayonda təzahür edə bilməzdimi? Nəzərinizə çatdırım ki, şərh etdiyim hadisə baş verəndə ayın 20-si (!) idi ki, bu da Gəncənin kodudur (!), seriyasıdır. Faciyənin daha çox silah anbarları ilə əlaqələnməsinə gəldikdə isə, görünür bu da sözü gedən şəhərdə son vaxtlar silahlı insidentlərin çox baş verməsidir ki, ALLAHIN qəzəbinə gəlib və kodlaşdırılmış xəbərdarlıq göndərib:

"Biz bir məmləkəti məhv etmək istədikdə, əvvəlcə (bir nəfərin dili ilə) onun naz-nemət içində yaşayan başçılarına (xalqa zülm etməmək barədə) xəbərdarlıq edərik. Lakin, onlar bu xəbərdarlıqlara məhəl qoymayaraq, pis-pis işlər törədərlər. Beləliklə, o məmləkətə əzab verilməsi haqqındakı hökm vacib olar və onu yerlə yeksan edərik”. Quran, 17:16

Onu da qeyd edim ki, dünən Gəncədə baş vermiş faciyənin ALLAHDAN xəbərdarlıq olmasını sübut edən bu cür dəlilləri çox gətirə bilərəm. Lakin, oxucuları yormamaq üçün, söhbəti uzatmıram. Atalar deyib ki, sözü at, yiyəsi götürəcək. Düşünürəm ki, ağıl sahibləri bu hadisələrdən ibrət alıb, zülm etməkdən, pozğun həyat tərzindən çəkinəcəklər və tövbə edərək, doğru yola dönəcəklər. Əks halda aşağıdakı ayənin hökmünü görəcəklər:

"Elə isə onlardan ötrü tələsmə, çünki, Biz onların günlərini bir-bir sayırıq". Quran, 19:84

Paşa Yaqub,
Psixoterapevt, elmi-lədun bilicisi

 

Uluyol.az

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300