Şirvanda 68 yaşlı kişi özünü bıçaqlayıb
Şirvan şəhər sakini özünü bıçaqlayıb.
"Report” Mil-Muğan bürosunun məlumatına görə, 1950-ci il təvəllüdlü Məmmədov Aydın Bulud oğlu yaşadığı evdə bıçaqla özünə xəsarət yetiririb.
Ağır xəsarət alan yaralı Şirvan Şəhər Xəstəxanasına çatdırılaraq əməliyyata götürülüb.
Faktla bağlı araşdırma aparılır.