Qazaxıstanda Azərbaycan vətəndaşı saxlanıldı
Astanada soyğunçuluq törətməkdə şübhəli bilinən 27 yaşlı Azərbaycan vətəndaşı saxlanılıb.
Oxu.Az xəbər verir ki, bununla bağlı "Zakon.kz” nəşri yerli hüquq-mühafizə orqanlarına istinadən məlumat yayıb.
Bildirilir ki, gül mağazasının kassasındakı pulu ələ keçirmək istəyən azərbaycanlı satıcıya bədən xəsarəti yetirib.
Azərbaycan vətəndaşının qeydiyyatda olduğu şəhər ərazisində başqa əməlləri araşdırılır.