Dünyanın 10 ən varlı adamı bəlli oldu

 

"Bloomberg” agentliyinin ekspertləri dünyanın ən varlı adamlarını müəyyən edən "Bloomberg Billionaires Index”ini (BBI) yeniləyiblər.

BBİ reytinqi ümumilikdə dünyanın 500 ən zəngin insanını əhatə edir.

Musavat.com "Vesti ekonomika”ya istinadən həmin siyahıdakı 1 ən varlı adamı təqdim edir.

1. Ceff Bezos-132 milyard dollar


 

Ceff Bezos Amazon.com internet şirkətinin təsisçisi və rəhbəridir. Bundan başqa, o, "Blue Origin” aerokosmik şirkətinin, həmçinin "The Washington Post” qəzetinin sahibidir.

2. Bill Geyts- 95,5 milyard dollar


 

Bill Geyts amerikalı sahibkar, ictimai xadim, xeyriyyəçidir. O, Pol Allenlə bilrikdə "Microsoft” şirkətinin yaradıcısı və keçmiş ən iri səhmdarıdır.
Son bir ildə onun sərvəti 3,68 milyard dollar daha artıb.

3. Uorren Baffet -89,7 milyard dollar


 

Uorren Baffet dünyada ən böyük investorlardan sayılır. Baffet həmçinin insanlıq tarixinin ən böyük xeyriyyəçisi olaraq yadda qalacaq. 2010-cu ildə amerikalı multimilyarder özünün sərvətini böyük hisəssini (97 milyard dollar) xeyriyyəçi fondlara vəsiyyət edib.

4. Bernar Arno-68,8 milyard dollar


 

Fransalı biznesmen Bernar Arno Louis Vuitton Moët Hennessy şirkətlər qrupunun prezidentidir. Son bir ildə onun sərvəti 5,53 milyard dollar yüksəlib.

5. Amansio Orteqa-65,9 milyard dollar


 

Amansio Orteqa ispaniyalı sahibkardır. O, keçmiş həyat yoldaşı Rozaliya Mera ilə birlikdə İnditex şirkətlərinin sahibidir. Şirkətin dünyanın 77 ölkəsində 5 mindən çox mağazası var. Bundan əlavə, Orteqa Florida, London, Lissabon və Madriddə daşınmaz əmlaklar sahəsində, həmçinin qaz sənayesi, turizm və bank işi lə bağlı iri sərmayələr qoyub.

Son bir ildə oun sərvətinin 9,49 milyard dollar azaldığı qeyd edilir.

6. Mark Sukerberq-55,3 milyard dollar


 

Facebook sosial şəbəkəsinin rəhbəri Mark Sukerberq bu ilin başlanğıcından Rusiyanın ABŞ-dakı seçkilərə müdaxiləsi ilə bağlı şirkəti ətafında yaranan qalmaqala görə 17,4 milyard dollar pul itirib.

Səhmlərinin qiymətlərinin aşağı dşüməsi səbəbindən Sukerberq reytinqdə 6-cı yerə yuvarlanıb. İyul ayında isə o, yalnız Ceff Bezos və Bill Geytsdən geri qalaraq planetin 3-cü varlı adamı sayılırdı. Həmin vaxt Sukerberqin varidatının 86 milyard dollar civarında olduğu deyilirdi.

7. Larri Ellison-54,7 milyard dollar


 

Larri Ellison da amerikalıdır. O, "Oracle” şirkətinin həmtəsisçisi, direktorlar şurasının sədri və texnologiyalar üzrə direktorudur. 1976-2014-cü illərdə isə o həm də şirkətin baş icraçı direktoru olub. Elison bundan başqa 2016-cı ildə "Oracle” tərəfindən 9,3 milyard dollara satın alınan "NetSuite” şirkətini ən iri səhmdarı sayılır.

Son bir ildə onun varidatının 1,62 milyard dollar artdığı bidirilir.

8. Larri Peyc-52,5 milyard dolar


 

Larri Peyc Sergey Brinlə birlikdə "Google” axtarış sisteminin yaradıcısıdır.

Son bir ildə onun sərvəti 96,2 milyon dollar artıb.

9. Karlos Slim-52,1 milyard dollar


 

Karlos Slim hazırda Meksikanın ən varlı adamı hesab edilir və 200-dən çox şirkətin sahibidir. Lakin son bir ildə onun varidatı 9,47 milyar dollar azalıb.

10. Sergey Brin-51,1 milyard dollar


 

Sergey Brin BAŞ-ın hesablama və informasiya texnologiyaları, iqtisadiyyat sahəsində iri sahibkarlarından və alimlərindən hesab olunur. Yuxarıda adı 8-cı sırada qeyd olunan Larri Peyclə birlikdə o, "Google” şirkətini təsis edib.

Son bir ildə Sergey Brinin sərvəti 64, 7 milyon dollar artıb.//musavat.com

 

Uluyol.az

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300