ABŞ-ın Kaliforniya Universitetinin onkoloqları möhtəşəm kəşf ediblər. AZƏRTAC "İnforminq” saytına istinadla xəbər verir ki, onlar orqanizmdəki xərçəng hüceyrələrinin 98 faizini 16 saat ərzində məhv edən bitki tapıblar. Maraqlı budur ki, xərçəngə qarşı ən səmərəli mübarizə vasitəsi hamımızın yaxşı tanıdığı "birillik yovşan” və ya "Artemisia Annua” deyilən adi alaq otudur.

 

Mütəxəssislər bildirirlər ki, 16 saat ərzində xərçəng hüceyrələrinin 98 faizini məhv etməyə qadir olan yovşan təkbaşına bədxassəli şişlərin yalnız üçdə bir hissəsini məhv edir, amma dəmir preparatları ilə birlikdə orqanizmi tamamilə bu xəstəlikdən təmizləyir. Ekspertlər yovşanın şəfalı xassələrini ağciyər xərçənginə tutulan könüllülər üzərində sınaqdan keçiriblər. Nəticə onları heyrətləndirib: eksperimentin bütün iştirakçıları sağlamlıqlarını mürəkkəb terapiyadan keçmədən bərpa ediblər.

 

Alimlər vurğulayırlar ki, "Artemisia Annua” insanlar üçün tamamilə təhlükəsizdir. Bu alaq otu seçim üsulu ilə işləyir, sağlam orqanlara və toxumalara toxunmadan bilavasitə bədxassəli şişləri məhv edir. Buna görə də yovşanı xərçəng şişinin inkişafının istənilən mərhələsində heç bir fəsad riski olmadan qəbul etmək olar.

 

Alimlərin yeni kəşfindən sonra dünyanın ən iri əczaçılıq şirkətlərindən biri yovşanın əsas komponenti olan artemizininin istehsalını qat-qat artırmağı vəd edib. Bundan sonra əczaçılar hər il təqribən xərçəngə qarşı 60 ton səmərəli dərman istehsal edəcəklər. Bu da onkoloji xəstəliklərin müalicəsində böyük sıçrayış etməyə və milyonlarla insanı ölümdən xilas etməyə imkan verəcək.

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300