Son günlər marşurut sistemində olan boşluqlarla bağlı redaksiyamıza şikayətlər daxil olmaqdadır.Xəttə olan marşurutların gecikməsi xüsusilə vurğulanan problemlərdəndir.Müəyyən şəxslərin nəzarətində olan xətlərin alınması səbəbindən həmin marşurut yoluna az nəqliyat buraxmaqla daha çox qazanmaq istəyən sahibkarlar lazımı xidməti göstərmir.Xüsusilə marşurutlarda sıxlıq ,bəzi halarda məcbur qalıb birtəhər qapıdan yapışıb gedən sərrnişinlərə xidmət göstərmək məsul idarələrin vəzifə borcudur..Uluyol.info-nun elektron ünvanına daxil olan şikayət məktubun olduğu kimi təqdim edirik:
"Bu gün "141" qaynar xəttinə zəng etdim ki, 83 saylı marşurut avtobusundan şikayət edəm. Deyəm ki, hər gün işə gedəndə, gələndə ən azı yarım saat dayanacaqda avtobus gözləməli oluruq. İlin-günün bu vaxtında (əcnəbilərin seyrə balonlarla çıxdığı bir dövrdə) bu nə cür "intellektual" idarəetmədir? Elə bunları demək məqsədi ilə "141" qaynar xəttini yığdım. Operator cavab verdi ki, Azərbaycan dilində danışmaq istəyirsizsə, "1" düyməsini basın. "1" düyməsini basanda bir xeyli musiqi səslənsə də (Hiss olunurdu ki, çağırış musiqiylə müşayət olunur. Axı İntellektual Mərkəzə zəng etmişdim) zəngimə cavab verən tapılmadı. Buna baxmayaraq, "odboy" verəndə gördüm bir xeyli konturum gedib. Bir qədər keçəndən sonra təkrar zəng etdim ki, görüm cavab verən tapılacaqmı? Yenə eyni prosedur qaydaları təkrar olsa da, musiqili zəngimə cavab verən tapılmadı. Və yenə də xeyli konturum getdi. Deyirəm bu cür İntellektual (?) İdarəetmə Mərkəzi olan ölkədə 83 saylı marşurut avtobusu yarım saatdan bir gəlirsə, buna da şükür. Bunların "Qaynar xəttinə" sərf etdiyim konturun puluyla mən iki gün işə gedib-gələ bilərdim. Həm də 83-ü gözləmədən, iki marşurut dəyişməklə. Görəsən dövlət büdcəsinin belə kəsir vaxtında, hər sahədə qənaətin vacib olduğu bir dövrdə "Nəqliyyatın İntellektual (?) İdarəetmə Mərkəzi" kimi mənasız bir qurumu saxlamaq, ona elə böyük və bahalı bina ayırmaq, bina dolusu insana hər ay milyonlarla manat əmək haqqı və s. xərclər çəkmək kimə lazımdır - əgər hər gün bir neçə saatımızı dayanacaqda itirəcəyiksə? Məncə bu barədə fikirləşməyin vaxtıdır.-Paşa Yaqub"

 Məsələ ilə bağlı Nəqliyyatın İntelektual İdarəedilməsi Mərkəzi ilə əlaqə saxlamaq istəyimiz alınmadı.Qarşı tərəfə dinləməyə hazırıq

ULUYOL.İNFO
Elvin İBRAHİM

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300