Sumqayıtda yaşlı kişi intihar edib
Sumqayıtda 67 yaşlı kişi intihar edib.
"Report"un Sumqayıt-Abşeron bürosunun məlumatına görə, hadisə 17-ci mikrorayonda baş verib.
Sumqayıt şəhər sakini 1951-ci il təvəllüdlü Nəbiyev Ağabala Məbud oğlu yaşadığı mənzildə özünü asıb. Onun meyitini yaxınları aşkar ediblər. A.Nəbiyevin nə üçün intihar etməsi hələ ki, məlum deyil.
Faktla bağlı araşdırma aparılır.